Bakı restoranlarında ötən yayın ən məşhur yeməkləri - TOP-5
20 SENTYABR
582

Bakı restoranlarında ötən yayın ən məşhur yeməkləri - TOP-5

Yay başa çatıb, onunla bağlı xatirələr isə hələ davam edir. Yay dövrü kimin üçünsə turist səfəri, istirahət, dənizlə yadda qaldı, kimlərsə yayın məhsullarından dadmaqla bu dövrdən həzz aldılar. 

Bakının aparıcı restoranlarda təqdim etdiyi məlumatlar əsasında Turizm.fins.az yay dövründə müştərilərin ən çox sifariş etdiyi yeməklərin siyahısını təqdim edir. 

Bu yay Bakıda ən populyar olan yeməklərin TOP-5-i:

Beşinci yerdə ənənəvi Azərbaycan yeməyi olan kabab qərarlaşıb. 

Onun bir porsiyasının qiyməti Bakıda restoranından asılı olaraq, 7-15 manat arasında dəyişir. 

Dördüncü yeri “pomidor-yumurta” tutub. Onu daha çox səhər yeməyi üçün sifariş ediblər. Bu yeməyin müxtəlif növləri var. Qiyməti 3-6 manat arasında dəyişir. 

Üçüncü yeri “Sezar” salatı və müxtəlif növ qutablar tutub. 

“Sezar” salatını Bakı restoranlarına gələn hər dörd nəfərdən biri sifariş edib. 

Azərbaycan qutablarının 10-dan çox növü var. İncə xəmiri və xüsusi ləzzətli dadı ilə seçilən qutabı nanəli tomatla və ya qatıqla yemək olar. 

Bakıda Corat qutabı daha çox məşhurdur. 

Qiymətlər belədir:

Salat - 7-15 manat.

Qutab - 0,70-2 manat.

İkinci yeri qarpız tutub. Praktiki olaraq Bakı restoranlarına gələn hər üç müştəridən biri qarpız sifariş edib. 

Qiyməti isə 2-5 manat arasında dəyişir. 

Birinci yerdə Bakı ayranı qərarlaşıb. Demək olar ki, Bakıdakı restoranlara gələn hər ikinci şəxs bunu sifariş edib. 

Azərbaycan rayonlarında ayranın müxtəlif növləri var. Bəziləri ona yumurta, bəziləri isə ət qatır. Hər rayonda onun hazırlanmasının sirləri fərqlidir.

©Oxu.az

Eləcə də bax: Bakının mərkəzində "SAHIL Hostel & Hotel" də bir günlük qonaqlama - 10 MANAT

Eləcə də bax: Hilton Baku-da biznes lanç neçəyədir?

Eləcə də bax: "Metropol Restaurant & Pub" tələbələr üçün bütün yeməklərə - 20% ENDİRİM ELAN EDİR

Eləcə də bax: Aktiv istirahəti sevənlər üçün "Excelsior Hotel Shamkir" əsl cənnətdir - QİYMƏTLƏR

Eləcə də bax: Qəbələnin "White Boutique Hotel"də istirahət neçəyədir? - ƏTRAFLI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır