Starbucks–dan növbəti yenilik
08 OKTYABR
516

Starbucks–dan növbəti yenilik

“Starbucks” qəhvə restoranları zənciri dünyanın hər yerində mağazalarını dizaynı və memarlıq üslubu ilə diqqət çəkəcək tərzdə inşa edir. Əsasən, interyer və eksteryer memarlığında sadəliyə üstünlük verən və mağazaların xarici görünüşünə xüsusi diqqət göstərən “Starbucks” – ın bildiyimiz kimi ötən ay (6 sentyabr) İtaliyada açdığı ilk restoranı memarlıq üslubu ilə bütün dünyanı özünə heyran etmişdi.

Eləcə də bax: İtaliyanın ilk “Starbucks”-ı göz qamaşdırdı - FOTO

İndi isə tanınmış marka başqa bir yeniliyə imza atdı və Tayvanda ilk Starbucks mağazasını yenidən istifadə olunmuş konteynerlərdən istifadə edərək inşa etdi.

 “Starbucks” – ın Tayvanlı azarkeşləri Starbucks loqosunun  metal qutulardan birində açıq şəkildə yer alması ilə Jenga oyununda olduğu kimi bir-birinin üstünə yığılmış bir cərgə yükləmə konteynerinin foto şəkillərini yayımlamağa başladılar.

Konteynerlərdən ibarət bu “Starbucks” restoranı Sakit Okean mənzərəli şərqi Tayvandakı Hualien bölgəsində inşa edilən bir alış-veriş mərkəzində yerləşir.Dizayner isə məşhur Yapon memar Kengo Kumadır.

Xaricdən çox fərqli və estetik görünən konteyner mağazaları üçün “Starbucks” CEO – su isə “Təbiəti qoruyan mağazaların inşası və dizaynının maliyyə xərcləri də daha ucuz olur”, deyə bildirib.

Tayvandakı Starbucks mağazası daha əvvəl inşa edilmiş Amerikanın Sietl şəhərindəki oxşar mağazadan kifayət qədər böyükdür.

Sietl şəhərindəki konteyner Starbucks mağazası

Şirkət, mövzu ilə bağlı belə açıqlama edib:

“Mağaza, Nanbin Road – da səyahət edənlərə Starbucks – ın rahatlığını təqdim etməklə yanaşı, eyni zamanda Starbucks – ın 30 illik davamlılıq tarixçəsini nümayiş etdirmək üçün 29 ədəd yenidən istifadə edilmiş yükləmə konteynerindən istifadə edir.” 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır