KFC-dən yenilik – yeyilə bilən qablaşdırma kağızı
24 OKTYABR
313

KFC-dən yenilik – yeyilə bilən qablaşdırma kağızı

Sendviçlərinə ekoloji dost görünüş qazandırmaq istəyən KFC şirkəti Honkonqda qeyri-adi bir üsula müraciət edib və menyusuna qısa bir müddət ərzində dövr edən məhsulu “Double Down” üçün yeyilə bilən qablaşdırma kağızı hazırlayıb.

Düyüdən hazırlanan qablaşdırma kağızlarında istifadə edilən yazılar da yeyilə bilir. Çörəkdən istifadə edilmədən iki toyuq tikəsi arasına hazırlanan “Double Down” – u müştərilərinə yeyilə bilən düyü kağızlarında təqdim edən marka ekoloji dost bir etməklə yanaşı, eyni zamanda məhsulun daha asan istehlakını da təmin edir. 

Hələ ki ölkəmizdə belə bir təşəbbüs həyata keçirilməyib. Bəs, belə qablaşdırma haqqında sizin fikirləriniz necədir?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır