Bakının ən məşhur restoranı sökülür - FOTO
29 OKTYABR
1311

Bakının ən məşhur restoranı sökülür - FOTO

Bakıda paytaxtın qonaqları arasında ən məşhur restoranlardan olan “Təndir” sökülür. 

Turizm.fins.az xəbər verir ki, milli mətbəxin təamlarının təqdim olunduğu restoranın söküntüsünə bu gün səhər saatlarından başlanılıb. 

“İçərişəhər” dövlət tarix-memarlıq qoruğunun əməkdaşlarının sözlərinə görə, bu ərazidə eyni anda bir neçə restoran sökülür. Onların yerində müasir obyektlər inşa olunacaq. 

Dünyanın müxtəlif ölkələrindən Bakıya gələn yüksək vəzifəli şəxslər, o cümlədən prezidentlər vaxtilə “Təndir” restoranında olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır