Şükran gününü “JW Marriott Absheron Baku”da keçirin
20 NOYABR
257

Şükran gününü “JW Marriott Absheron Baku”da keçirin

Şükran günü (Thanksgiving Day), ABŞ-da və Kanada da müxtəlif günlərdə qeyd olunan milli bayramdır. Kanada da oktyabr ayının ikinci bazar ertəsi günü, ABŞ-da isə noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunur. Bayramın mənşəyi qırmızıdərililər və ilk koloniyaçıların ortaq təşkil etdikləri bir məhsul yeməyi olsa da, bayram bu ölkələrdə qırmızıdərili ünsürlərdən ayrılarak yalnız ailə və tanrıya adanan bir məna kəsb etmişdir. Hind toyuğu bu günün ənənəvi yeməyidir. Turizm.fins.az isə sizlərə Şükran bayramını “JW Marriott Absheron Baku”da dostlar və yaxınlarınız ilə dəyərli vaxt keçirtmək üçün əla fürsət yaradır. Belə ki, Noyabr ayının 22-i xüsusi şükran şam yeməyini dadmaq üçün Fireworks Urban Kitchen restoranına təşrif buyurun. Buranın aşpazı Martin Quintana tərəfindən hazırlanan çox ləzzətli bayram təamları sizin zövqünüzü oxşayacaq.

Bir nəfərlik qiymət 65 AZN təşkil edir. Əlavə məlumat və masa sifarişi üçün +994 12 4998888 nömrəsi vasitəsi ilə əlaqə saxlayın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır