Bakıda 6 yeni məkan
23 NOYABR
613

Bakıda 6 yeni məkan

Desertlər və meyvə salatları, suşi burgerləri, qəhvə və münasib qiymətə sendviçlər və bir çox başqa şeylər. Turizm.fins.az Baku Afisha-a istinadən Bakıdakı yeni məkanlar və orada nələri dada biləcəyiniz haqda danışır.

Fruit Love Baku

  • Çatdırılma nömrəsi: (+994 50) 500 76 67

Payız - avitaminoz zamanıdır. Əgər vaxtınızın çoxunu ofisdə keçirir və özünüzə bir alma doğramağa və ya mandarin təmizləməyə zaman tapmırsınızsa, onda rahatlıqla Fruit Love-a zəng edin. Təzə meyvə salatları çatdırılması xidməti sizə plastik stəkanlarda vitamin enerjisi göndərəcək. Yeri gəlmişkən, burada 22 manata salatlara 5 günlük "üzvlük" almaq olar.

Cello Cafe Lounge

  • Ünvan: Qubernator bağı

Klassik interyer, dəbli qab-qacaq və canlı musiqi. Cello - romantik şam yeməkləri və ailəvi qonaqlıqlar üçün əla variantdır. Menyuda sizi standart Avropa dəsti: pasta, pizza, salatlar, sneklər və ət, toyuq və balıqdan əsas yeməklər gözləyir.

Sushi By S - Sushi Art

  • Çatdırılma nömrəsi: (+994 51) 450 05 05

Əgər gecəyarısı ürəyimiz suşi və ya pizza istədisə, nə edə bilərik? İnstagrama girin və @sushi_by_s_ yazın. Onlayn çatdırılma 24 saat işləyir və yapon fast-fudun qeyri-adi növlərini təklif edir: suşi-burger, suşi-pizza, suşi-ponçiklər və hətta suşi-tortlar.

BeeArif

  • Ünvan: Xəqani küç.45

Maraqlı adı və interyeri oıan konseptual bir kafe. Mütləq buradakı ştrudelin və hisə verilmiş qızıl balığın dadına baxın və əlvan pətəklərin önündə şəkil çəkdirməyi unutmayın.

Fransua

  • Ünvan: Nizami Mall, 1-ci mərtəbə

99 qəpiyə səhər qəhvəsi və toyuqlu, pomidorlu çiabatta - və bazar ertəsi səhəri o qədər də ağır görsənmir. Fransua - daim tələsən tələbələr və gecikən ofis işçiləri üçün əsl enerji yeridir. Burada tezbazar sendviç və ya uyğun qiymətə şirin kruassan yemək olar.

Masti Baku

  • Ünvan: Boulevard Hotel

Biriani, samosa çat masala, desertə isə gulab camun və ətirli masala çayı. Mastidə hind və livan mətbəxi haqda hərşeyi bilir və autentikliyə qiymət verirlər. Ədviyyələri sevir və acıdan qorxmursunuzsa, mütləq buraya şam yeməyinə gedin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır