Yeni İl Gecəsi "SAHiL bar
20 DEKABR 2018
516

Yeni İl Gecəsi "SAHiL bar & restaurant"da - MENYU VƏ QİYMƏTLƏR

SAHiL restoranı Bakının mərkəzində, dənizkənarı bulvarda yerləşir. Mətbəxə kulinariya biliklərini, "Şah plovu" icad edən məhşur aşpaz Şahhüseyn Kərimovdan alan, Simuzər Süleymanova cavabdehdir. Restoranın geniş zalı isti tonlarda tərtib olunub: təbii ağacla işlənmiş divarlar, müasir üsulda olan dəbdəbəli mebel, böyük, mənzərəli pəncərələr, bütün zal boyu düzülən canlı bitkilər. 

Zalın içində açıq mətbəx yerləşir, burada hər qonaq ləzzətli kababların, közüstü balığın, xüsusi çörək və lavaşların təndirdə bişirilməsinin şahidi ola bilər. 

SAHiL restoranı Yeni İli ailəvi qarşılamaq istəyənlər üçün mükəmməl məkandır. 

■ 21:00
canlı instrumental musiqi
Hər cümə və şənbə günləri restoranımızda instrumental musiqi səslənir.Yeni İl gecəsi qonaqlarımızı bu xoş məqamlardan məhrum edə bilmərik, buna görə saat 21:00-dan 23:30-a qədər canlı alətlərin valehedici səslənməsindən həzz almağı təklif edirik. 

■ 23:30
oxuyur Zülfü Əsədzadə
12 yaşında Azərbaycanın Xalq artisti Aybəniz Həşimovanın "Bülbüllər" musiqi qrupunda solist olub. İki il əvvəl, 2016-cı ildə, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetini bitirib və həmin il "O ses Türkiye" populyar musiqili şouda uğurla çıxış edib.

■ 01:30
DJ Elshan ilə rəqs et
Təvəzökar, lakin çox istedadlı, cavan DJ. Qonaqların əhvalını məharətlə idarə edir və Yeni il gecəsinə özünəməxsus ritm bəxş edir.

Başqa millətlər kimi, Azərbaycanlılar da Yeni İli çox sevir və hər ailə bu bayramın keçirilməsinə xüsusi diqqətlə hazırlaşır. SAHiL restoranının ailəsi Sizin üçün xüsusi bayram menyusu hazırlayıb:

Salatlar
■ "Paytaxt" salatı 
■ "Karvan" salatı 
■ "Manqal" salatı 
■ Ənənəvi "Çoban" salatı 

Qəlyanaltılar
■ Qara ciyər (dana) paşteti 
■ Pendir çeşidləri 
■ Turşu çeşidləri 
■ Göy və ət qutabı

Kabablar
■ Quzu antrekotu 
■ Quzu əti lüləsi 
■ Dana basdırması 
■ Toyuq kababı 
■ Balıq kababı 

Şah Plov
Azərbaycanda heç bir bayram süfrəsini təravətli plovsuz təsəvvür etmək olmur. Azərbaycan mətbəxinin qüruru taclı "Şah plovdur". 

Plovun ən sevilən hissəsi – qazanın dibində olan qazmaqdır. "Şah plovda" qazmaq faktiki olaraq hər tərəfdən əmələ gəlir, bu da plova xüsusi heyrətləndirici dad və zahiri görünüş bəxş edir. 

Desert
■ "SAHiL" giləmeyvəli keks 
■ Kofe və ya çay (istənilən miqdarda) 

Restonandan kompliment
■ Hər qonağa şampan qədəhi 
■ Hər masaya ağ və ya qırmızı "Savalan" şərabı

■ giriş biletlədir: 150 AZN
MASA SİFARİŞİ: +994 50 285 00 22

Eləcə də bax

"PASİFİCO" da Yeni İl gecəsi QİYMƏTLƏR
Elektra Events Hall-da Yeni il gecəsi - QİYMƏTLƏR
“ENERJİ CLUB”un Yeni İl proqramı - QİYMƏTLƏR
 “Winter Park Hotel”də Yeni İl gecəsi QİYMƏTLƏR 
Yeni İldə şou-proqramlı restoranların qiymətləri - SİYAHI
 "Mangal Steak House"un Yeni il proqramı - MENYU VƏ QİYMƏTLƏR
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır