“Four Seasons Hotel Baku”un bu restoranlarında Yeni İl proqramı və QİYMƏTLƏR
25 DEKABR 2018
624

“Four Seasons Hotel Baku”un bu restoranlarında Yeni İl proqramı və QİYMƏTLƏR

31 Dekabr “Four Seasons Hotel Baku” sizlərə fərqli restoranlarında bayram proqramını təqdim edir.

- Yeni il axşamında bu hotelin İtalyan Restoranı- Zafferano sizi unudulmaz şam yeməyinə dəvət edir. Burada siz Aşbaz- Luca Casini tərəfindən xüsusi hazırlanan menuya daxil olan dadlı yeməklərdən zövq alacaqsınız. Musiqi qrupu bu bayram axşamını gözəl canlı ifa ilə daha da unudulmaz edəcək.
Uşaqlarınızı əminliklə bizə etibar edə bilərsiniz. Öz növbəmizdə, əmin edirik ki, könül oxşayan anlar həm sizin, həm də uşaqlarınızın xatirəsində daim qalacaq .
Yeni il şam yeməyi Dekabr ayın 31-i saat 7-də başlayıb, 1-ə qədər davam edəcək..
Həmçinin siz Bentley’s Bar-da keçirilən After Party şənliyinə 20 % endirim əldə edəcəksiniz.

- Otelin digər restoranı olan Kaspia Restoranıda Yeni İli qarşılamağa sizi dəvət edir. Şərab və Moet Chandon Şampanı ilə 4 kurs şam yeməyi, “Dərviş” qrupun canlı ifası və axırıncı mərtəbədən Xəzər dənizinə açılan möhtəşəm görüntü bu axşamı həqiqətən sehirli edəcək.
Uşaqlarınıza görə rahat ola bilərsiniz, çünki biz onların qayğısına qalacağıq və əmin olun ki, bu axşam onların yaddaşında ən şən və unudulmaz bayram kimi qalacaq. 
Şam yeməyi menusuna 4 çeşid yemək, canlı musiqi və hədiyyələrlə dolu lotereya daxildir.
Biz Yeni İli 31 Dekabr saat 8:30-dan gecə 1-ə qədər qeyd edəcəyik.
Şam yeməyinin qiyməti, yemək və alkoqolsuz içkilər daxil olaraq, bir nəfər üçün 250 AZN-dir
Yerli şərab daxil olmaqla 300 AZN
Şampan (Moet Chandon) daxil olmaqla – 350 AZN
Biletin qiymətinə Betnley’s Bar-da keçirilən After Party-yə 20% endirim də daxildir
*Biletlər geri qaytarılmır

- Bayram gecəsi Bentley’s Bar-da keçiriləcək After Party-ni qaçırmayın. Yeni il şənliyi 3 növ Tapas bufeti, limitsiz suşi, alkoqollu içkilər və canlı DJ performansı ilə müşayiət olunacaq.
After Party Dekabrın 31-i saat 11:00-dan səhər saat 4:00-a qədər davam edəcək və bir nəfər üçün qiymət 125 AZN dəyərindədir.

Ətraflı məlumat üçün - 012 404 2424 zəng edə bilərsiniz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır