14 Fevral "Sevgililər Günü"də Bakı Restoranlarında QİYMƏTLƏR
14 FEVRAL
937

14 Fevral "Sevgililər Günü"də Bakı Restoranlarında QİYMƏTLƏR

1. “Fairmont Baku” - The Jazz Club

Sevgililər gününü tamamilə fərqli ab-havada keçirmək istəyirsinizsə 14 Fevral saat 20:00-da The Jazz Club-a buyurun və 3 yemək ilə xüsusi kokteyllərdən ibarət menyudan zövq alın. Canlı musiqi və sürpriz hədiyyələr gecəni daha da gözəl edəcək. Kampaniyanın qiyməti 1 nəfər üçün 149 AZN.

Əlaqə: +994 55 400 7007

2. “Fairmont Baku” - Fairmont Gold

İlin ən romantik gecəsini keçirmək üçün Fairmont Goldu seçin. Möhtəşəm mənzərə, canlı musiqi, 5 yeməkdən ibarət nəfis menyu və daha başqa sürprizlər 14 Fevral gecəsi saat 19.00-da baş tutacaq. Kampaniyanın qiyməti bir nəfər üçün 279 AZN təşkil edir.

Əlavə məlumat üçün: +994 55 400 7007

3. "Hilton Baku"

Sevginizi Hilton Bakuda musiqi müşaiəti və möhtəşəm Bakı mənzərəsi ilə qeyd edin. 

Sky Grill 2 nəfərlik 6 çeşidli axşam yeməyi 240 AZN 
360 Bar 2 nəfərlik 6 çeşidli axşam yeməyi 280 AZN

Əlaqə: (012) 464 50 00

4. "GATE 25"

Sevgililər Günü həm özünüzə, həm sevdiyiniz birinə hədiyyə olaraq GATE 25-də şam yeməyinə dəvət edin. Sizi xüsusi menu, 18:00-dan başlayaraq canlı musiqi və möhtəşəm mənzərə gözləyir. Sevilən sənətkarın bir-birindən gözəl ifaları gecənizi unudulmaz edəcək!

Qiymətlər ( 1 nəfər üçün)

1) 50 AZN - 18: 00-dək  - Depozitə yalnız xüsusi bir menyu daxildir

2) 100 AZN - 18:00-dan sonra – Depozitə xüsusi bir menyu və şou proqramı daxildir.

Dəyərli musiqilər, ləziz yeməklər, şəhər mənzərəsi üçün elə indi masa sifariş edin: +994502992525

5. "Mangal Steak Hause"

Sizi və yarınızı dəbdəbəli steyk evi olan Mangal Steak Hause-un Sevgililər Gününə olan proqramını təqdim edir.ik. Xüsusi menyu və maraqlı şou-proqram sizi lazımi dalğaya kökləyəcək. Məkanın səhnəsində Ədalət Şükürov, Samir Bağırov, İlqar Xəyal, Əkbər Əliyev, Gülzar, Cəbrayıl Rəsulov, Emil Əliyev, Yaşar Yusub, Shur İnstrumental və DJ Pro çıxış edəcək. Burada sizi zəriflik və sevgi dolu xüsusi bir gün gözləyir. 

MANGAL STEAK HOUSE
Ünvan: 3 M. Mustafayev str., Baku
• Steak House
 +994(12)5051011
• Milli kabinetlər
+994(50)2154080
Ünvan: 17 Q. Mammadov str., Buzovna
• Steak House
+994(12)5651212
• Milli kabinetlər
+994(50)2154080

6. "SeaBay Restoranı"

14 Fevral Sevgilər Gününü ən romantik abu-havada keçirtmək istəyirsinizsəbiz sizlərə SeaBay restoranın unuldulmaz programını təqdim edirik

Proqrama Səidə Sultan, Cəbrayıl Rəsulov, Murad Mehralıyev, Aynur Osmanlı və Leyla Ramazanlının iştirakı ilə ifalar və DJ Zed ilə diskoteka daxildir. Bu gecə ürəkləri sevgi dolu cütlər üçün restoran tərəfindən xüsusi və qiymətli hədiyyələr oynanılacaq. 

Sevgililər günü üçün xüsusi hazırlanmış menyunun qiyməti 50 azn-dən başlayır.

Masaları rezerv etməyi unutmayın.
Əlaqə: (+994)50253 0060, (+994) 50273 0060

7. "Excelsior Hotel & Spa" - Belvedere Restaurant

Excelsior Hotel & Spa Baku Sizi və sevdiyinizi Fevral ayının 14-ü Belvedere Restaurant-da romantik şam yeməyinə dəvət edir.

Müşaiyət olunan 4 çeşiddə şam yeməyi və şərab daxil olmaqla, Vlada Axundovanın canlı ifasında gözəl sevgi mahnıları ilə Sizin gecənizə rəng gatacaq. 

59 AZN bir nəfər üçün
Şam yeməyi + bir gecələmə 250 AZN / cütlük üçün / Delux otağı

Əlavə məlumat üçün:
012 496 80 00

8. "Dinamo Hotel Baku" - Olympia Restoranı

Sevgiyə hər zaman ehtiyacımız var. Həmçinin, Olympia restoranında Mişlen ulduzlu aşpaz Devid Motlun xüsusi hazırladığı 5 yeməkdən ibarət menyu sevgiyə daha əlvan rənglər qatacaq. 
Axşam saat 20:00-dan başlayaraq Olympia restoranının romantik ab-havasına qatılın.
Menyu:
"Amuse bouche" başlanğıclar
Fine de Claire dəniz ilbizi sarikök tempurada və koriandrda pomidorla
Qreypfrut və kalamar mürəkkəbli çipslərlə dəmdə bişirilmiş somon alabalığı 
Ağ trüfel yağında bildirçin yumurtasından ravioli ilə ispanaq supu  
Konfi pomidorla, pesto və dəniz məhsulları ilə zəfəranlı rizotto 
Parmezanlı gnokki, piment de espelette albalısı ilə asta bişirilmiş 
hind toyuğunun döş əti
Tünd şokoladlı vulkan çiyələkli dondurma və şəkərli qızılgül ləçəkləri ilə  

İki nəfər üçün qiymət 160 AZN
Rezervasiya üçün: +99412 3772000

9. "Nar&Sharab Restaurant"

Hörmətli Xanımlar və Cənablar, "Nar&Sharab Restaurant"ı  bütün sevgililəri unudulmaz 14 fevralı qeyd etməyə və bol sayda müsbət emosiyaları əldə etməyə dəvət edir. Buranın möhtəşəm menyu və maraqlı şou-proqram sizi romantik dalğaya kökləyəcək. Xüsusi olaraq sizlər üçün çıxış edəcəklər: İlkin Fuad, Məryəm Kərimova, İlqar Xəyal, Emma Ələkbərzadə, Bəhruz Ozan, Nizami Əliyev və Rəfail Əliyev. 
Əlaqə: +994(50)2410101

10. "Enerji Club"

Fevralın 14-ü Enerji Club bütün sevgililəri hisslərini açıq ifadə etmək üçün dəvət edir. Şəhərin ən böyük əyləncə klubu bu gecə romantik auraya bürünəcək. Qonaqlarımızı Röya və Rizvanın ifasında tanınmış məhəbbət nəğmələri, DJ RUIDO-dan isə rəqs marafonu gözləyir. Ulduzlu səmaya bənzəyən tavanımız sevgililəri kainat kimi sərhədsiz romantik gəzintiyə dəvət edəcək. İlin ən romantik gecəsini Enerji Club-da keçirin.

DEPOZİT 1 NƏFƏRƏ - 50 AZN

■ National Flag Square
■ +994 50 700 70 57

11. "Holiday İnn Baku"

Sevgililər gününü Holiday İnn Baku-da keçirin. 

Özünüzə və sevdiyinizə heç vaxt unutmayacağınız romantik axşam bəxş edin. "Marina 18 Restaurant"da 3 növ təam və canlı musiqidən ibarət xüsusi şam yeməyi və şərab daxil olmaqla bir nəfər üçün cəmi – 60 AZN

Rezervasiya üçün əlaqə: +994 (55) 4091109 

12. "SAHiL bar & restaurant" 

Fevralın 14-ü bütün sevib, sevilənləri SAHiL restoranına dəvət edirik. Bu gözəl gecə müğənni Mikayıl Rəfiyevin və pianoçu Elnur Nəzərovun canlı ifaları əhvalınıza romantik notlar qatıb, biri-birinizə olan hissləri ifadə etmək üçün bir daha şans yaradacaq. Dəniz mənzərəli möcüzəli məkan, ləzzətli təamlar, sevdiyiniz melodiyalar - SAHiL restoranında keçirdiyiniz sevgi dolu anlar yaddaşınıza daima həkk olunacaq.
Rezervasiya mütləqdir.
Depozit 1 nəfərə - 50 AZN.
Ünvan: Neftchilar 34, Seaside Boulevard
Əlaqə:+994 50 285 00 22

13. "Chicago Club"

14 fevral Sevgililər Gününü amerikansayağı qeyd etmək istəyirsinizsə Chicago Club sizin üçün dadlı və romantik axşam hazırlayacaq. Həmçinin bu axşam sizin üçün istedadlı The Miles Band və Teymur Suleymanbeyli çıxış edəcək.
İki nəfər üçün qiymət – 140 azn.
Əvvəlcədən masaları sifariş edin 
Əlaqə nömrəsi: (012) 404 82 10 / (051) 250 07 85

14. "JW Marriott Absheron Baku" 

JW Marriott Absheron Baku otelinin dəbdəbəli ab-havasında sevdiyiniz insanla Sevgililər gününü qeyd edin! Fireworks Urban Kitchen və OroNero Bar & Ristorante-nin 5 təamdan ibarət menyularından başlayaraq ZEST Lifestyle Café-nin ləziz bufetinə qədər, hər bir məkan sizə və sevdiyiniz insana xoş anlar bəxş edəcək. Şam yeməyi bitdikdə, romantik gecə bitmir! Razzmatazz Cocktail Bar & Lounge-da keçiriləcək xüsusi şənliyə qatılın!

ZEST Lifestyle Café – beynəlxalq və yerli bufet menyusu!
Əyləncə: canlı musiqi
Bir nəfərlik qiymət: 90 AZN alkoqolsuz içkilər daxil

OroNero Bar & Ristorante- 5 təamdan ibarət romantik şam yeməyi!
Əyləncə: canlı musiqi
Bir nəfərlik qiymət: 110 AZN çay və qəhvə daxil

Fireworks Urban Kitchen – 5 təamdan ibarət xüsusi şam yeməyi!
Əyləncə: canlı musiqi
Bir nəfərlik qiymət: 110 AZN çay və qəhvə daxil

Razzmatazz Cocktail Bar & Lounge – Sevgililər günü şənliyi
Əyləncə: DJ Stasy-nin ifasında musiqi

Masa sifarişi üçün +994 12 4998888 nömrəsi vasitəsi ilə əlaqə saxlayın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır