Son bir neçə ayda Bakıda açılan kafelər və restoranlar
04 MART
436

Son bir neçə ayda Bakıda açılan kafelər və restoranlar

Son bir neçə ayda Bakıda bir çox məkan - barlar, kafelər və restoranlar açıldı. Sizə ən maraqlılar haqda danışırıq:

Barfly Social Hub

  • Ünvan: Qoşa Qala girişi (150 metr qabağa)

Barfly yeniliyi dadmağı, canlı musiqi dinləməyi və emosiyaları öz dostları ilə paylaşmağı sevənlər üçün nəzərdə tutulub. Burada mütləq popkorn dadlı "Ham on Rye" kokteylini yoxlayın. 

SPIRIT Cocktail Lab

  • Ünvan: Ağ Şəhər, Yaşıl Ada küç.1, bina3

Ağ Şəhərdə bir kokteyl məkanı daha meydana çıxdı. SPIRIT Cocktail Lab - uzun iş həftəsindən sonra baxmağı çox sevəcəyiniz müəllif bar xəritəsi olan loft bir məkandır. Bar 18:00-dan 03:00-dək işləyir.

EspresSoul

  • Ünvan: Xəqani küç.45 D

Əgər ürəyimiz espresso istəyirsə, nə etməliyik? Düşünmədən yeni qəhvə məkanları axtarışına getməliyik. Nə yaxşı ki, son zamanlar qəhvə dalğaları artıb və bütün Bakını əhatəsinə alıb. Gözəl səslənən adı ilə EspresSoul Landmark oteli yaxınlığında açılıb. Menyuda içkilərdən əlavə yeməklər, şorbalar, qəlyanaltılar və hətta alkoqol da var.

CatWalk.baku

  • BarflyÜnvan: Zərifə Əliyeva küç.12 A

Olduqca xoşagələn butik kafe: burada mənzərəli pəncərələr, art-deko tərzli mebellər və qeyri-adi yemək təqdimatı var. Restoranın ən diqqət çəkən xüsusiyyəti isə - yellənən kreslodur. Ciddi pəhrizdə olsanız belə, buraya bu tərəfdən-o tərəfə yellənərək, bir stəkan ətirli qəhvə içməyə gəlin.

Neo Coffee House

  • Ünvan: Bakıxanov küç.6

Etiraf edək ki - biz bu kafedəki amerikanoya sevgi mahnıları oxumağa hazırıq. Neo Coffee House Bridge Plazanın birinci mərtəbəsində və Heydər Əliyev adına Beynəlxalq hava limanında yerləşir (yeri gəlmişkən, burada 24/7 açıqdı).

The Lab and Coffee

  • Ünvan: Bəşir Səfəroğlu küç.

Qəhvə sevənlər üçün bir məkan daha. The Lab and Coffee - təkcə ətirli qəhvə içmək üçün deyil, həm də babamızın şəkilçəkəninə lent almaq və məkanın xüsusi qonaqları - istedadlı fotoqraflarla tanış olmaq üçün bir məkandır.

The Nest Coffee & Wine

  • Ünvan: Həqiqət Rzayeva küç.13

Düşünürsünüz ki, İçərişəhərə təkcə pomidor-yumurta və qutab üçün gedirlər? Yanılırsınız! Bir neçə həftə öncə burada rafları, bruskettaları, qızıl balıq və avokadolu salatları olan birinci qastro-kafe açıldı. "Yuva" sanki dar küçələrdə səmimi bir gəzintidən sonra səhər yeməkləri üçün yaranıb.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır