Azərbaycan mətbəxinin ən sevilən yeməyi Cız-Bız - "SAHiL bar
04 MART
392

Azərbaycan mətbəxinin ən sevilən yeməyi Cız-Bız - "SAHiL bar & restaurant"da

SAHiL restoranı Bakının mərkəzində, dənizkənarı bulvarda yerləşir. Mətbəxə kulinariya biliklərini, "Şah plovu" icad edən məhşur aşpaz Şahhüseyn Kərimovdan alan, Simuzər Süleymanova cavabdehdir. Restoranın geniş zalı isti tonlarda tərtib olunub: təbii ağacla işlənmiş divarlar, müasir üsulda olan dəbdəbəli mebel, böyük, mənzərəli pəncərələr, bütün zal boyu düzülən canlı bitkilər. 

Zalın içində açıq mətbəx yerləşir, burada hər qonaq ləzzətli kababların, közüstü balığın, xüsusi çörək və lavaşların təndirdə bişirilməsinin şahidi ola bilər. 

Azərbaycan mətbəxinin ən sevilən yeməklərindən biridə “Cız-Bız”dır. Cız bızın hazırlanmasında qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürəkdən istifadə olunur. SAHiL restoranında xüsusi dəmir qabda verilir ki, mümkün qədər isti və ləzzətli qalsın.

■ Neftchilar 34, Seaside Boulevard
■ +994 50 285 00 22
■ www.sahilbaku.az/menu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır