KÖHNƏ VƏ TƏZƏ: BAKIDA 15 AÇIQ TERRAS
22 MAY
647

KÖHNƏ VƏ TƏZƏ: BAKIDA 15 AÇIQ TERRAS

Çoxdan gözlənilən yay artıq gəlir! Bu da o deməkdir ki, təmiz havada dadlı yemək və içkilərlə daha çox zaman keçirmək istəyirsən. Xüsusilə oxuyucularımız üçün biz ən rahat açıq terrası olan restoranları topladıq.

Chayki

  • Ünvan: Neftçilər pr. 24/1

"Chayki"nin mənzərəli yaşıl terrasında oturarkən sanki şəhərin mərkəzində bir bağda kimi hiss edirsən. Dənizin yaxınlığında, bulvarda yerləşən restoran özündə Azərbaycan mətbəxini, milli ənənələri və müasir müəllif yanaşmasını birləşdirir.

Maya Mexican Restaurant & Bar

  • Ünvan: Dövlət Bayraq Meydanı 

"Maya Mexican Restaurant & Bar"ın yay terrası getdikcə daha rahat və atmosferli olur və həftə sonları buraya musiqiçiləri dəvət edirlər. Burada romantik və ya ailəvi axşam keçirmək olar. Ona görə də rahatlıqla "Maya Mexican Restaurant & Bar"a gedin və xırçıldayan naços, burrito və faxitos sifariş edin.

SAHiL

  • Ünvan: Neftçilər pr.34

İlin isti zamanı "Sahil"in verandası xüsusilə gözəl və rahat olur. Günorta orada iş görüşləri keçirmək, dostlarla oturmaq və ya sadəcə bir stəkan qəhvə içmək olar. Həftə sonu axşamları isə "Sahil"də bayram əhvalında keçir - burada tar və saksofon səsləri eşidilir.

Gazelli Cafe

  • Ünvan: Nizami küç.93

"Gazelli Cafe" - yeməkdən həzz alacağınız və tələsmədən istirahət edə biləcəyiniz atmosferli və eleqant kafedir! Rahat şəhər kafesi özündə müasir interyer və müxtəlif Avropa menyusunu birləşdirir, bu da onu istənilən vizit və tədbir üçün uyğun hala gətirir. Terrasda şirin desertlərlə ətirli çay sizin axşamınıza xüsusi rəng qatacaq.

EVDE Amburan Bar & Gril

  • Ünvan: Bilgəh qəsəbəsi, Amburan

Hər zaman dəniz kənarında klassik Aralıq dənizi evi xəyal etmisiniz? Onda "EVDE Amburan Bar & Gril"in böyük və işıqlı terrasına gedin - burada özünüzü evinizdəki kimi hiss edəcəksiniz. Həsir stullar, yumşaq divanlar, dekorativ ağaclar, mavi dəniz və qumlu sahil mənzərəsi. Buraya təkcə yemək üçün deyil, rahat ab-hava üçün də gəlirlər. 

La Fontaine Cafe-Bar

  • Ünvan: İçərişəhər metrosu, Filarmoniya bağı

İsti günlərin başlaması ilə "La Fontaine Cafe-Bar" hamını kafenin kölgəsində istirahətə dəvət edir. Sevdiyiniz kokteyllər və sezon desertləri, mənzərəli təbiət - bunun üçün "La Fontaine Cafe-Bar"ı ziyarət etməyə dəyər.

Soul Kitchen

  • Ünvan: M.Rəsulzadə küç.3

Adının da içəridəki şəraiti əks etdirdiyi ingilis tərzli terras Bakının mərkəzində yerləşir.  "Soul Kitchen" restoranın menyusu – Avropa və Asiya mətbəxinin qarışımıdır, hər axşam isə burada istedadlı musiqiçilər çıxış edirlər. Əgər axşamınızı canlı musiqi ilə, gözəl məkanda və xoş söhbətlərlə keçirmək istəyirsinizsə, onda mütləq buraya gəlin.

L'Avenue

  • Ünvan: Dövlət Bayraq Meydanı

Nəfis mətbəx, zəngin şərab xəritəsi və Xəzərin möhtəşəm gecə mənzərəsi.  "L'Avenue"-nun yaşıl verandasında, naharda iş görüşləri təşkil etmək olar, ancaq ən yaxşısı bir qədəh şərabla dostların əhatəsində səs-küylü axşam keçirməkdir. 

Ice Terrace Cafe

  • Ünvan: Səməd Vurğun küç.77

Yayı "Ice Terrace Cafe"nin açıq verandasında Zabitlər parkına açılan gözəl mənzərə ilə qarşılayın. Bu təbiətdən və sevdiyin yeməklərdən həzz almaq üçün əla imkandır.

SeaBay

  • Ünvan: Şıxov qəsəbəsi, Salyan şosesi 14 / B39

Axşamlar "Seabay" terrasında soyuq kokteyllər içmək, şam yeməyi yemək, sevdiklərin və dəyər verdiklərinlə görüşmək çox yaxşı olar. Həftə sonları isə burada sevdiyiniz musiqiləri - hər zaman aktual olan hitləri dinləmək olar. 

PORT Wine & Grill

  • Ünvan: Dövlət Bayraq Meydanı 

Paytaxtın çılğın ritmindən və səs-küyündən qaçıb gizlənə bildiyiniz dəniz sahilində həftə sonları caz və sevdiyiniz hitlər səslənir. Qastronomik həzz almaq üçün mütləq "PORT Wine & Grill"a gedin.

The Nest Coffee & Wine

  • Ünvan: A.Zeynallı küç.

Bu yaxınlarda İçərişəhərdə rafları, bruskettaları və avokado və qızıl balıqlı salatları olan ilk qastro-kafe açıldı. "The Nest Coffee & Wine" özündə istirahətin və xoş zaman keçirmənin ən gözəl xüsusiyyətlərini birləşdirir, üstəlik o əsl gecikmiş səhər yeməkləri üçün yaranıb.

Shore House

  • Ünvan: Nardaran qəsəbəsi

Neynəsək də, yayda bütün yollar dənizə aparır. Həftə sonlarını bağda keçirirsiniz və yemək bişirməyə həvəsiniz yoxdur? Sea Breeze Resortda "Shore House" restoranı belə hadisələr üçündür. Həftə sonu burada canlı musiqi və ananasda soyuq kokteyllər və barbekyu olur.

Boho Tea Room

  • Ünvan: H.Aslanov küç.

Təkcə təmiz hava deyil, həm də ləziz şərab və çay sevənlər maraqlı məkan, "Boho Tea Room" adlı maraqlı məkana getməyi təklif edirik. Bu məkan - meqapolisin rutin və səs-küyündən uzaqlaşmaq üçün əsl fürsətdir. Burada kresloda rahat oturub, sakitlikdən və dostlarla söhbətdən həzz almaq istəyirsən.

Cafeteria Baku

  • Ünvan: A.Zeynallı küç.

Yəqin ki, yeni məkan "Cafeteria Baku" haqqında eşitmisiniz. Buraya terrasın rahat şəraiti üçün getməyə dəyər. "Cafeteria Baku" komandası hərşeyə kreativ yanaşmaları ilə də məşhurdur.

Relay Bar & Terrace

  • Ünvan: Dinamo Hotel

Art-deko tərzində olan "Relay Bar & Terrace" qeyri-rəsmi görüşlər və rahat naharlar üçündür. "Relay Bar & Terrace"da yüngül ab-hava var və açıq terrasda oturub dincəlmək üçün şərait yaradır. 

иться на открытой террасе. 

©bakuafisha.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır