"Black Star Burger” sevərlər açılışa axın etdilər – Bakıda BİR İLK
19 İYUN
723

"Black Star Burger” sevərlər açılışa axın etdilər – Bakıda BİR İLK

Bakıda dünyaca məşhur Black Star Burger şəbəkəsinin restoranı açılıb.

Turizm.fins.az xəbər verir ki, paytaxtın mərkəzində - Bülbül prospektində yerləşən restoranın açılışına səhər saatlarından başlayaraq çoxsaylı “Black Star Burger” həvəskarları axın edib.


Bu gündən fəaliyyətinə texniki baxımdan start verən restoranın rəsmi və daha kütləvi açılışının isə iyulun 16-da gerçəkləşəcəyi gözlənilir. Həmin açılışda məşhur rusiyalı reper Timatinin də iştirak edəcəyi bildirilir.

Məlumata görə “Black Star Burger”in Bakıda açılmasının təşəbbüskarları tanınmış iş adamı Babək İsmayılov və məşhur idmançı Zabit Səmədovdur.


Xatırladaq ki, “Black Star Burger” “fast food” restoranlar şəbəkəsi ilk restoranını 2016-cı ilin sentyabrın ayının 16-da Moskvanın Yeni Arbat küçəsində açıb.

©BAKU.WS

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır