“Papa John’s” restoranlar şəbəkəsi artıq “28 Mall”da - FOTO/VİDEO
15 AVQUST
268

“Papa John’s” restoranlar şəbəkəsi artıq “28 Mall”da - FOTO/VİDEO

Durmadan inkişaf edən “Papa John’s” restoranlar şəbəkəsi Bakıda yeni ünvanda öz restoranının açılışını edib. Sayca səkkizinci olan restoran “28 Mall” ticarət mərkəzində foodcourt ərazisində yerləşir. 

Şəbəkəyə daxil olan digər restoranlarda olduğu kimi, yeni innovativ məhsullar və reseptlər əsasında bişirilən dadlı-ləzzətli pizzalar artıq dünəndən pizzasevərlərin yolunu gözləyir. 

Restoranlar şəbəkəsi hazırda “Bakcell” abunəçiləri üçün Ulduzum kodunu təqdim etdikdə 30 faiz endirim də təklif edir. Fürsətdən yararlanmağa tələsin.

1984-cü ildə ABŞ-da yaradılan “Papa John’s” restoranlar şəbəkəsi hazırda satış həcminə görə dünyada III yer tutur. Şəbəkə dünyanın 48 ölkəsində fəaliyyət göstərərək 5000-dən artıq restoranı birləşdirir.

“Daha yaxşı inqrediyentlər, Daha yaxşı pizza” sloqanına sadiq qalaraq, pizza Papanın xüsusi standartlarına uyğun, yalnız təzə və yüksək keyfiyyətli məhsullardan hazırlanır.

“Papa John’s” 2012-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Restoranlar şəbəkəsi Bakıda aşağıdakı ünvanlarda qonaqlarının xidmətindədir:

Mirzağa Əliyev küç. 138, Nizami küç. 106 A, 

Atatürk pr. 29, 

Cavadxan küç. 15c, 

Park Bulvar Mall - Neftçilər pr. 92, 

Məhəmməd Hadi küç 106, Almaz Ildırımlı küçəsi 68, 

28 Mall - Azadlıq prospekti 15A/4

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır