Bakıda pivə içə-içə futbol izləyə biləcəyiniz üç məkan - QİYMƏTLƏR
23 AVQUST
735

Bakıda pivə içə-içə futbol izləyə biləcəyiniz üç məkan - QİYMƏTLƏR

"Sport-pub"larda sərin pivə ilə matç izləməkdən həzz alın

Azarkeşlik etdiyi komandaların oyunlarını “sport-pub”larda sərin pivə içə-içə izləmək istəyənlərin sayı az deyil.

Turizm.fins.az bu materialda oxucuları paytaxtda pivə içə-içə matç izləyə biləcəkləri üç “sport-pub” ilə tanış edəcək.

 “Beer Station Pub”

Paytaxtda populyar “sport-pub”lardan hesab olunan  “Beear Station Pub”ın müdiri Pərvin Təhməzovun sözlərinə görə, bura Nizami küçəsində 24 adda dadlı məzə və 15 adda pivə təklif edilən ən yaxşı məkanlardan biridir:

“Pivələrimizdən ən ucuzu “Xırdalan” 2.50 AZN, “Efes 0”, “Tubarg”, “Küller”, “Baltika 0” 3.00 AZN və  “Baltika 9” 3.50 AZN təşkil edir. Məzələrimiz isə bol və dadlıdır, ən əsası isə həmişə yeni olur”. 

Burada müştərilərə sadəcə pivə deyil, 34 adda müxtəlif çeşidli spirtli içki, 20 adda alkaqollu və alkaqolsuz kokteyllər, həmçinin “shot kokteyl”, 12 adda dadlı qəlyanaltı da təklif olunur:

“Məkanımızda “Yeni rakı” (4 azn), “Absolut”(3.50 azn),“Savalan”, “Gürcü çaxırı”, “Jock Daniel`s” (5 azn), “Chivas regal” (6 azn), “Contreau”, “Sambuca” ( 4 azn), ”Dissarona” (5 azn) kimi alkaqollu içkilər də sifariş verə bilərsiniz. Qonaqlarımız həmçinin, “Pina colada”, “Jogerboom”, “Tekila sunrise” (7 azn), “Marqarita” (8 azn), “Long icland” (9 azn), “Virgin colada” (5 azn), “Milk shake” (4 azn), “Exclusive” (6 azn) və s. kimi alkaqollu və alkaqolsuz kokteyllərimizdən, “shot kokteyl”lər – “B52” (5 azn), “B55”, “B57”, “Rainbow” (6 azn), “Burger” (4 azn), “Fri-sosis” (4.50 azn), “Club sendviç” (7 azn) kimi müxtəlif dadlı qəlyanaltırımızdan dadaraq matç izləyə bilərlər”.

Pərvin Təhməzov onu da qeyd edib ki, xarici qonaqla bol olan ikimərtəbəli məkanda siqaret çəkmək qəti qadağandır. 

Qiyməy cədvəli:

Ünvan: Təbriz Xəlil Rza oğlu 21C

Tel: (+994 50) 713 78 14

“Secrets Pub”

“Secrets Pub”ın rəhbəri Rauf İbadovun dediyinə görə,  Azerbaycanda ən böyük pivə restoranları şəbəkəsidir və hazırda paytaxtda 6 şəbəkəsi fəaliyyət göstəir:

“Bütün şəbəkələrimizdə idman oyunlarını iri ekranda (proektor) canlı izləmək mümkündür. Hazırda məkanımızda 9 adda çəllək və 25 cür butulka pivə təklif olounur. Fikrimcə, qiymət baxımından da bizim şəbəkə ucuzluğuna görə ən münasib sayıla bilər. Yerli pivə “Xırdalan” (süzülmüş) ən ucuzu 1.30, ən bahalısı isə 6 azn satılır. Bundan başqa, 25 adda pivə məzələrimiz mövcuddur”. 

Qiymət cədvəli:

Ünvan: Əlövsət Quliyev küçəsi 127

Теl: (+994 70) 319 07 07

“3 Bochki Beer Restaurant”

Restoranın admnistratoru İlqar Məmmədov bildirib ki, onlarda Almaniya, Belarus, Türkiyə və yerli istehsal olan pivələr verilir. Onların arasında “Erdinger”, “Alivariya”, “Efes”, “Xirdalan” və “Starapraga” da var. Qiymətlər isə kifayət qədər ucuzdur:  

“Məkanda ağac haşiyələr, çəllək formasında dekor və idman əhval-ruhiyyəsi üstünlük təşkil edir. Pivənin ən ucuzu 2 manata “Xirdalan” və “Starapraga”,  4 manata “Alivariya” və “Efesdir”, ən bahalısı isə 6.50 azn-ə “Erdinger”dir. Əgər bizdə bir parç pivə və isti yemək (sac) sifariş olunsa, bir nəfər üçün menyu təxminən 20 manata başa gələcək".

İlqar Məmmədov əlavə edib ki, restoranda ziyarətçi axını  populyar futbol yarışları olan günlərdə daha çox müşahidə olunur. 

Ünvan:  Nizami küçəsi 77

Tel: (+994 12) 498 08 12

Təqdim etdiyimiz hər üç məkanda yüngül qəlyənaltı etmək üçün də imkan var. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır