Bakının məşhur restoranı sökülür
02 SENTYABR
573

Bakının məşhur restoranı sökülür

Bakının məşhur restoranlarından sayılan “Oazis” bu gündən bağlanır.

“Oazis”in sahibi Hacı Mirtalıb Miroğlu artıq restoranını məşhur marketlər şəbəkəsinə satıb.

Dünən restoranda sonuncu ad günü, toy, nişan mərasimləri baş tutub. Bugündən etibarən restoran heyəti buraxılacaq və müştəri qəbulu dayandırılır.

Restoranın söküntüsünə start veriləcək. Artıq bununla bağlı işlərə də başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır