Bakıda 10 yeni məkan
06 SENTYABR
979

Bakıda 10 yeni məkan

Zefirli eskimo, pişik-kafe, koşer yemək və damda rəqslər, neopolitan pizzası və müəllif kokteylləri - Turizm.fins.az Bakıda son zamanlar açılan yeni məkanlar haqqında danışır.

TOP ROOF
Ünvan: Nizami küç.154B

TOP ROOF işçiləri qarşılarına məqsəd qoyublar - birlikdə toplana, maraqlı tədbirlər keçirə və ya ziyarət edə biləcəyiniz, ən əsas isə, təəsüratlar paylaşıb, sizinlə eyni fikirdə olanları tapa biləcəyiniz bir məkan yaratmaq. 28 iyun damda yay əhvalı, soyuq içkilər və dj Mozzy və Hazi Karimdan yaxşı musiqilər olacaq.

Pizza Locale
Ünvan: Xəqani küç.69/D

Pizza fanatlarına həsr olunur - Xəqani küçəsində yeni pizza məkanı açılıb. Burada klassik pepperonidən əlavə, fritürdə qızarmış pendirli pizza və ya şokoladlı kalzon sifariş edə bilərsiniz. Yeni dadlara və təcrübələrə açıq olun.

Garin Gulu

Zefir və eskimonu birləşdirsən nə alınar? Spoyler: girişdə sizi xoş bir desert gözləyir. Garin Gulu-da siz meşə giləmeyvəli əl işi zefirlərin unikorn və ya pişik üzü formasında olanlarından ala bilərsiniz.

SOULMATE
Ünvan: T.Xəlilbəyli küç.40

Əgər pişikləri çox sevirsiniz, ancaq müəyyən səbəblərdən evdə baxa bilmirsinizsə, onda nə etməli? Xüsusilə sizin üçün şəhərdə ilk pişik kafesi Soulmate açıldı. Burada cəmi altı pişik yaşayır - onların üçü baladır. Balalarla oynamağa, həm də bir stəkan qəhvəylə tost yeməyə gəlin.

Barcode Loft Bar
Ünvan: Y.Məmmədəliyev küç.6B

Barcode Loft Bar – bir qədəh şərab və ya müəllif kokteyli içə biləcəyiniz bir yerdir. Şənbə günü əla musiqi olacaq, axşamın qonaqlarını isə velkom drink gözləyəcək.

Société
Ünvan: Nizami küç.64 (Sapphire City Hotel, 5-ci mərtəbə)

Şəhərə möhtəşəm mənzərə, rahat ab-hava və dadlı Avropa mətbəxi - bütün bunlar Societe Baku haqqındadır. Onlarla tanışlığınıza səhər yeməyi ilə başlamağınızı tövsiyə edirik: həftə içi hər gün və həftə sonu burada demokratik qiymətlərə bol səhər yeməyi verilir.

Cafe Nina

Ünvan: İlyas Əfəndiyev küç.4 (Old East Hotel)

Cafe Nina İçərişəhərdə, Old East Hotelin içində yerləşir. Ev bişintiləri və qəhvələri olan bu rahat məkan əsl gecikmiş şənbə səhər yeməkləri və ya yaxınlarla gəzintidən sonra getmək üçün yaradılıb.

Peppe Pizza
Ünvan: Bəsti Bağırova küç.18B

Peppe Pizza Bəsti Bağırova küçəsi 18B-də, Azercellin baş ofisindən aşağıda yerləşir. Burada pizzanı ən yaxşı Neapol ənənələrilə bişirirlər. Həmçinin, evə çatdırılma da var.

Black Seven
Ünvan: A.Quliyev küç.11/31, Babək Plaza (1-ci mərtəbə)

Yay - qəhvə şeyklərin zamanıdır. Artıq Babək Plazanın birinci mərtəbəsində yeni birləşmələri dadmaq və susuzluğu keçirmək olar. Black Seven adlı yeni məkanda sizi məmnuniyyətlə soyuq və ya isti içkilərə qonaq edəcəklər.

7/40

Ünvan: Səməd Vurğun küçəsi

Bu yaxınlarda paytaxtımızın qastro-xəritəsinə ilk koşer restoran 7/40 əlavə olundu. Onu sosial şəbəkələrdə @kosher_baku adı ilə axtarın. Əsas odur unutmayasınız - koşer yemək milli mətbəxin bir növü deyil, kaşrut üsulu ilə hazırlanmış istənilən yeməkdir. Məhz buna görə də restoran menyusunda təkcə yaxın şərq deyil, həm də Azərbaycan mətbəxi yeməklərini tapmaq olar. Hazır olun - şam yeməyindən sonra siz bütün yayı Tel-Avivə uçmaq istəyəcəksiniz.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI