11 September
76

Restoran kimi fəaliyyət göstərən istifadəsiz təyyarələr

Bütün dünyada restoran işlədənlər və aşpazlar təkcə dadlı xörəklər üçün deyil, restoran interyeri üçün də ideyalar axtarışındadırlar. Bir dəfə belə bir biznesin nümayəndəsinin, atılmış köhnə təyyarələri restoran şəklində istifadəyə vermək ağlına gəldi

Bir çox adam təyyarə ilə səyahət zamanı qorxu, halsızlıq və digər bu kimi səbəblərdən yeməkdən imtina edir. İstifadəsiz qalmış laynerdə restoran belə sərnişinlər üçün göydə aldən verdikləri həmin şansı yerdə yaxalamaq üçün əla fürsətdir.

El Avion

Bu təyyarə Kosta-Rika cəngəlliklərində qəzaya uğrayıb. Hadisə ötən əsrin 80-ci illərində baş verib. Hal-hazırda o restoran-bar kimi fəaliyyət göstərir.

La Tante DC10

Restoran Qanada yerləşir və orada yerli mətbəx yeməkləri verilir. Bu restoran üçün Ghana Airways avioşirkətinin atılmış bortundan istifadə edilib.

Hawai Adda

Hindistanda yerləşən bu restoranın sahibkarları təyyarənin sadə bortunu dizayn ideyasına çeviriblər. Gövdəsində qəşəng kabinetlər hazırlayıblar və orada aşpazlar dadlı vegeterian yeməkləri bişirirlər. Məlum olduğu kimi, Hindistanda bu yeməklər çox məşhurdur.

Din-roud

Bu restoran-laynerin bortunda siz çox ləziz steyklərin dadına baxa bilərsiniz.

McDonald’s

Bu McDonald’s Yeni Zellandiyanın Taupo şəhərində yerləşir. Təyyarə gümüşü rənglənib və üzərində böyük “M” hərfi yazılıb. Douglas DC-3-ün bortunu hələ keçən əsrin 60-cı illərində istifadədən çıxarıblar. Bugün bu məkan həm şəhərin sakinləri həm də onun qonaqları arasında böyük polpulyarlıq qazanıb.

Space shuttle

Bu Nyu-Yorkda ən tanınmış kafelərdən biridir. Düzdür orada heç də həmişə kofe içmək olmur.Restoran bir neçə dəfə əldən-ələ keçib. Ona görə də tez-tez kafesi bağlı olub. Hal-hazırda onu 230 min dollara satırlar.

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

201
TuranBankdan çoxfunksiyalı kart!
175
"İmtiyazlı əhali qrupunun sığorta haqqı dövlət tərəfindən ödəniləcək"
231
Rövnəq Abdullayev: "Biz Türkiyənin ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik"

seçilmiş TIBB.FINS.AZ xəbərləri

176
Asqıranda burun və ağzınızı tutmayın! - Alimlərdən XƏBƏRDARLIQ
210
Məşhur endokrinoloqdan CİDDİ XƏBƏRDARLIQ - Bu qidaları birlikdə YEMƏYİN - VİDEO
250
Xroniki yorğunluğu yox edən QİDALAR və VASİTƏLƏR

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI