Alov Qüllələrində yerləşən "Balcon Café" bu payız ən sevimli məkanınız olacaq
03 OKTYABR
434

Alov Qüllələrində yerləşən "Balcon Café" bu payız ən sevimli məkanınız olacaq

Yay tətili çoxdan başa çatıb və şəhər ritmi gündən-günə sürətlənən və getdikcə intensivləşərək öz təsir dairəsini artıran Bakıda payız artıq öz yerini möhkəmləndirib.

Halbuki bəzən hər birimiz sözün həqiqi mənasında hər kəsdən və hər şeydən gizlənmək istəyirik, tamamilə sakit və gündəlik həyatda əskik olan sükut, rahatlıq və əmin-amanlıq atmosferinə girmək istəyirik. Bu anda çoxunun hələ də cavabını tapa bilmədiyi sual yaranır - "Bakıda müsbət auraya malik belə sakit, rahat yer hardadır"?

Yuxarıdakı təsvirlərin hamısını özündə əks etdirən məkan məhz elə Balcon Café-dir, hansı ki, artıq tam bir idir fəaliyyət göstərir. Bura insanların sıx olduğu və istirahətə mane olan dözülməz səs-küyün olduğu kafelərdən biri deyil. Burada sizi heç kim aktiv musiqi ritmi və ya karaokenin cansıxıcı ifaları ilə də narahat etməz. Bunların hamısı burada yoxdur, olmayıb, heç olmayacaq da. Buarada şəhərin sonsuz səs-küyündə hamımızın o qədər ehtiyacı olan - sakitçilik, rahatlıq və səmimilik hökm sürür. Siz hətta dizüstü kompüterinizlə buraya gəlib bir stəkan qəhvə içərək heç kimin sizi narahat etməyəcəyi bir atmosferdə işlərinizi görə bilərsiniz. 

Alov Qüllələrinin ikinci mərtəbəsində yerləşən Balcon Café məhz bu mühit ilə seçilir və bu payız birmənalı olaraq sevimli yerinizə çevrilə biləcək isti və rahat bir kafedir.

Sakitçiliyi sevirsizsə - onu burada, məşğul şəhər həyatından dincəlmək üçün ən optimal və əlverişli şəraitin yaradıldığı bir yerdə tapa bilərsiniz və eyni zamanda şəhəri tərk etmək də lazım deyil, çünki kafe mərkəzdə yerləşir və ona çatmaq heç çətin deyil.

İnsanlar Balcon Café-yə səmimi mühitdə yemək, içmək və söhbət etmək üçün gəlirlər, qapılar xaricində qalan problemlərini və narahatlıqlarını unudurlar. Kafe ilk ziyarətdən bəri sizi özünə aşiq edir və bura təkrar-təkrar gəlmək istəyirsiniz.

Bu arzu təkcə şəhər ritmindən uzaqlaşmaq üçün deyil, eyni zamanda menyusunda ən zərif desertlər, hər zövqə uyğun salatlar, hər növ Suşi və ləzzətli sendviçlər olan kafenin mətbəxindən də irəli gəlir. Menyuda özləri üçün dadlı bir çox şey tapa biləcək vegeterianlar haqqında da burada unudulmayıb.

Tələsirsinizsə və istirahət etmək üçün vaxt ayıra bilmirsinizsə Balkon Café-də menyudan seçdiyiniz sifarişinizi özünüzlə apara bilərsiniz; elə bu səbəbdən kafenin əsası şüarı "Grab and Go"- dur. Ətraf mühit qarşısında sosial məsuliyyəti dərk edərək, Balcon Cafe-nin bütün al-apar qabları ekoloji cəhətdən təmiz materiallardan hazırlanır, bu da kafeni digər oxşar müəssisələrdən fərqləndirir.

Alov Qüllələrində bu günlərdə çox vacib olan rahat parking yeri də var.

Burada Park Cinema - IMAX-da filminizin başlamasını gözləyərkən vaxtınızı xoş və dadlı keçirə, işgüzar və ya dostlarınızla görüş təşkil edə və ya sadəcə bir fincan qəhvə və ya bir qədəh şərab üçün gələ bilərsiniz, məqsədinizdən asılı olmayaraq, Balcon Café-də istirahətiniz həmişə xoş olacaqdır!

Balcon Café-nin Instagram sosial şəbəkəsindəki səhifəsi - @balconcafe_

Kafe haqqında daha ətraflı məlumat buradan əldə edilə bilər.

Reklam hüququnda

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır