Dünya şəhərlərində 1 bakal pivənin qiyməti
10 OKTYABR
542

Dünya şəhərlərində 1 bakal pivənin qiyməti

Rusiyanın “Arqumentı i faktı” saytı dünyanın ayrı-ayrı şəhərlərində pivənin satış qiyməti ilə bağlı infoqrafika hazırlayıb.

“Qafqazinfo”nun məlumatına görə, 0,5 litr (1 bakal) içkinin ən ucuzu Venesuelanın paytaxtı Karakas şəhərində (0.92 AZN), ən bahalısı isə Qətərin paytaxtı Doha şəhərində satılır (20.66 AZN).

Digər şəhərlərdə isə vəziyyət belədir: Xanoy (Vyetnam) – 1.44 AZN, Laqos (Nigeriya) – 1.62 AZN, Voronej (Rusiya) – 2.09 AZN, Minsk (Belarus) – 2.51 AZN, Praqa (Çexiya) – 2.85 AZN, Dehli (Hindistan) – 2.95 AZN, Rio-de-Janeyro (Braziliya) – 3.22 AZN, Lima (Peru) – 3.48 AZN, Zaqreb (Xorvatiya) – 3.74 AZN, Moskva (Rusiya) – 3.92 AZN, Banqkok – (Tayland) – 4.39 AZN, İstanbul (Türkiyə) – 4.97 AZN, Riqa (Latviya) – 5.52 AZN, Seul (Cənubi Koreya) – 5.60 AZN, Münhen (Almaniya) – 6.98 AZN, Amsterdam (Niderland) – 8.26 AZN, Ottava (Kanada) – 8.81 AZN, Milan (İtaliya) – 9.20 AZN, Melburn (Avstraliya)  – 10.17 AZN, London (Böyük Britaniya) – 10.38 AZN, Kopenhaqen (Danimarka) – 11.09 AZN, Nyu-York (ABŞ) – 11.69 AZN, Paris (Fransa) – 11.97 AZN, Tel-Əviv (İsrail) – 14.22 AZN, Oslo (Norveç) – 15.69 AZN, Reykyavik (İslandiya) – 16.11 AZN.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır