Bakıda harada dadlı yemək var?
11 OKTYABR
370

Bakıda harada dadlı yemək var?

Hətta ən çox sevdiyiniz məkanlardan belə bezmisinizə, tanımadığınız üçün yeni məkanlara getmək istəmirsinizsə, sizə İnstaqramm səhifələri kömək edə bilər. Bu məqaləmiz yüngül qəlyanaltı etməyin və ya təntənəli şam yeməyi yeməyin ən uyğun məkanlarıni tanıyanlar haqqındadır.

@la.critique.culinaire

La Critique Culinaire adlı nüfuzlu qida blogeri sizə həm özünün sevdiyi, həm də yeni açılan restoran və kafelər haqqında ətraflı məlumat verəcək. Hansı yemək kulinar tənqidçinin ürəyincə oldu, hansı yemək isə aşağı qiymətə layiq görüldü? Bu bloger sizə yalnız Bakı deyil, həm də Tbilisi, Moskva və Kiyev kimi digər paytaxtların kafe və restoranlarından söhbət açacaq.

@la_mia_colazione

Məşhur atalar sözü “Səhər yeməyini özün ye” sözlərilə başlayır. Bunu dadlı və ləzzətli etməyin üsulları haqqında məlumatla siz bu blogda tanış ola bilərsiniz. Müəllif Bakıda hər gün ən zərif bulka və ən şirin kruasanların olduğu məkanlar haqda məlumat verir. Səhər yeməyində ailəvi iştirak edənlər yeni və qeyri-adi yemək reseptlərlə tanış olacaq. Dadlı səhər yeməyi – hər zaman günün yaxşı başlanması deməkdir!

@alwayshungrybaku

Özünüzü hər zaman ac hiss edir və bu vəziyyəti düzəlmək istəyirsinizsə, bu ləzətli səhifəyə diqqət yetirin. Çoxlarımız kimi müəllif də özünə “Bakıda harada dadlı yemək var?” sualını verib və müstəqil bir blog yaradıb. Şüarı “Reklamla deyil, şəxsi təcrübə ilə” kimi səslənən bu səhifədə kafe və restoranların məntiqi tənqidinə və qərəzsiz münasibətə rast gəlmək olar.

@fvckyourdiet 

Hələ pəhrizdəsiniz? Onda təxribati ada malik bu səhifənin sahibəsi sizə gəlir! Aliyə Rüstəmova sizə ən dadlı “Sezar” salatının hazırlandığı məkanlar (məhz bu salatı Aliyə kafe və restoranların “şah” yeməyi hesab edir), diqqətəlayiq Torqovı qida məkanları və desert menyusunun mövcud olduğu məkanlar haqda məlumat verəcək. Bu xanım qida məkanlarının yalnız yeməklərini deyil, həm də xidmətini qiymətləndirir (heç bir ofisiant diqqətdən kənarda qalmaz).

@eatpraylove.baku

Yemək haqqında sevgilə! Dadlı və ucuz kafe və restoranlar haqqında məlumat verən daha bir faydalı səhifə. Bu səhifə dondurma həvəskarlarının lap ürəyincə olacaq. Burada siz italyan gelatosu da daxil olmaqla ən müxtəlif desertlər təqdim olunan kafe və restoranlar haqqında məlumat əldə edə bilərsiniz. Bloqda adı çəkilməyən qida məkanları haqqında məlumatı səhifənin “Sual-cavab” bölməsində ala bilərsiniz. Bu bölmədə istifadəçilər öz şərhlərilə bölüşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır