Xızı-Xaçmaz, Quba, Qusar turizm və rekreasiya zonalarının yaradılması haqqında – QANUN
26 OKTYABR 2016
846

Xızı-Xaçmaz, Quba, Qusar turizm və rekreasiya zonalarının yaradılması haqqında – QANUN

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 286 11 Avgust 2016

№ 286 Bakı şəhəri, 1 avqust 2016-cı il

Xızı-Xaçmaz, Quba, Qusar turizm və rekreasiya zonalarının yaradılması haqqında Azərbaycan Respublikasında turizmin müxtəlif növlərinin inkişafı üçün əlverişli olan ərazilərdə turizm və rekreasiya zonalarının yaradılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 773 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”nin 3.1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Xızı rayonunun 7969,22 hektar, Siyəzən rayonunun 14365,44 hektar, Şabran rayonunun 25833,78 hektar, Xaçmaz rayonunun 33832,40 hektar inzibati ərazilərində Xızı-Xaçmaz turizm və rekreasiya zonası, Quba rayonunun 3729,43 hektar inzibati ərazisində Quba turizm və rekreasiya zonası, Qusar rayonunun 14546,55 hektar inzibati ərazisində isə Qusar turizm və rekreasiya zonası yaradılsın və həmin turizm və rekreasiya zonalarının hüdudları təsdiq edilsin (xəritələr əlavə olunur).

2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi müvafiq yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll etsin.

Artur RASİ-ZADƏ, Azərbaycan Respublikasının Baş naziri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1avqust tarixli 286 nömrəli qərarı ilə təsdiq edilmişdir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır