"Turizm haqqında" qanuna dəyişiklik edilir
14 DEKABR 2017
531

"Turizm haqqında" qanuna dəyişiklik edilir

Azərbaycana gələn turistlər 3 saat ərzində elektron viza ala bilməsi ilə bağlı “Turizm haqqında” qanuna dəyişiklik edilir.

Fins.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirilib.

Qanuna dəyişiklik redaktə xarakterlidir.

Qeyd edək ki, bu il avqustun 30-dan etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə qeyri-iş və bayram günlərindən asılı olmayaraq elektron vizaların 3 saat ərzində alınması üçün müraciət edirlər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır