Şərab paytaxtı –BORDO
05 APREL 2017
579

Şərab paytaxtı –BORDO

Həyat yoldaşımın yubileyi idi. Odur ki, fərqli yerdə fərqli cür qeyd etmək istəyirdik. Belə qərara gədik ki, şərab paytaxtı Bordoyo səfər edək. Səyahət edəcəyimiz yeri 3 prinsip əsasında seçdik. Uyğun tarixlər, münasib qiymətlər və bizim üçün yeni məkan olmalı idi. Həyat yoldaşım hara uçduğumuzu hava limanına gedəndə bildi. Həyat yoldaşım şərab həvəskarı olduğundan getdiyimiz yerin Bordo olduğunu bilib çox mənmun oldu. Bordoya çatar çatmaz dünyaca məşhur olan Bordo şərabının dadına baxdıq. Daha sonra 20 dəqiqə ərzində lazımı sənədləri qaydaya salıb icarəyə avtomobil götürdük. Maşını ustriça paytaxtı Arkoşona getmək üçü icarələdik və yola düzəldik. Şəhərə gedən yol demək olar ki, boş idi. Nəqliyyatın sıxlığı müşahidə olunmurdu. 1 saat ərzində Arkoşona çatdıq. Oteldə yerləşdik, amma nə otelin restoranı nə də yaxınlıqdakı restoranlarda kı menyu məni qane etmədi. Odur ki, yaxınlıqdakı şirniyyat evinə baş çəkdik burada doyunca dadlı təamlardan daddım. Noyabr ayında bura səfər etməyimizə baxmayaraq Arkoşonun mülayim iqlimi bizi çox sevindirdi. Həmçinin şəhərdə küçələrin birinə 1945-ci il qələbəsinə həsr olunmuş ad da verilmişdi. Bordo liman şəhəri olduğundan yayda şəhərin çimərliklərində çoxlu sayda turist olur. Mənfi hallardan biri odur ki, bu şəhərdə demək olar ki, çox az adam İngilis dilində danışır. Xoşbəxtlikdən yoldaşım Fransız dilini bilir.

Bordodo olduğumuz müddətdə bir çox tarix görməli yerləri gəzdik. Bordoda turistlər üçün məlumat bürosu da var. Burada adambaşına 8 avro ödəməklə rus dilində turistlər üçün səsli məlumat toplusu əldə etdik. Daha sonra dünyada ən böyük sualtı güzgüyə tamaşa etdik. Güzgünün ərazisi 3454 kv metrdi.

Gəzinti zamanı ərəblərin kompakt yaşadığı qəsəbədə halal dükanlar və restoranlara rast gəldik. Qəsəbədən bir qədər aralıda isə Rusiya məhsullarına aid dükan var idi. Şəhər gəzintisindən sonra keçdik bu şəhərə gəlməyimizin əsas məqsədinə . Şəhərə panoraması olan restoranların birində ad gününü qeyd etdik və beləcə maraqlı yubiley qeyd edilməsindən sonra mənmun halda yenidən Rusiyaya qayıtdıq.

Nataliya Vnukova
MƏSLƏHƏTÇİ:
Nataliya Vnukova
Blogger
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır