“Bu şəhərdə 6 dəfə olmuşam, amma yenə də bura gəlirəm”
12 APREL 2017
1284

“Bu şəhərdə 6 dəfə olmuşam, amma yenə də bura gəlirəm”

Çexiya bu ölkə mənim dünyada ən çox sevdiyim ölkədir. Amma bu hisslər əbəs yerə deyil. Çalışacam bu yazımda sizə Praqanı nə üçün sevdiyimi əks etdirim. Haqqında danışacağım səfəri 2017-ci ilin mart ayında etmişəm.

Bundan öncə Prqada bir neçə dəfə olmuşam və demək olar ki, hər səfərimdə qeydlər etmişəm. Bu dəfə Praqa haqqında bir qədər fərqli tərəfdən yazacam.

Praqada artıq 6 dəfə olduğumdan bu şəhər artıq mənə evin arxa məhəlləsini xatırladır. Tam əminliklə deyə bilərəm ki, ilin bütün fəsillərində şəhər çox gözəldir.

Buranın yeməkləri çox dadlıdır. Xüsusən də çörəkdə qulyaş. Bu ayaqüstü yeməklər arasında, mən deyərdim bəlkə də ən dadlısıdır. Ümumiyyətlə, Praqa restoranlarının əksəriyyətində bu cür ayaqüstü yeməklər almaq olar. Həmçinin, bu cür yeməklər elə də baha olmur.

Çex pivəsi

Əbəs yerə çexlərə pivəçilər demirlər. Onların hazırladığı pivə dünyanın ən dadlı pivəsidir. Onu da deyim ki, Çexiyanın 4 ulduzlu hotellərində pivə vannaları  qəbul edə-edə həmin pivədən də içmək olar.

Çexlərin qu quşlarına nədənsə xüsusi marağı var. Elə quşların da çexlərə marağı var desəm yanılmaram. Vltave körpüsünə toplaşan turistlər burada asanlıqla qu quşlarına tamaşa edə və onları yemləyə bilərlər.

Onu da deyim ki, çexlərin hələ də öz pul vahidləri var. Bu Avropanı qıcıqlandırsa da çexlərin özlərinə çox xoş gəlir. Turistlərin Praqada ən çox qarşılaşdığı problemlərdən biri də puldəyişmə məntəqələrində olur. Belə ki, yaxşı reklam olunan bu məntəqələrdə yaxşı kurs təklif edən “exchange”lər 12 faiz vergi çıxırlar. Halbuki, bu heç də bütün məntəqələrdə belə deyil. Odur ki, bu məsələdə diqqətli olmağınızı tövsiyə edərdim. 

Anastasiya
MƏSLƏHƏTÇİ:
Anastasiya
Blogger
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır