Polşada tək başına
23 OKTYABR 2017
427

Polşada tək başına

Mən SaraMariya Polşaya 2016-cı ilin dekabr ayında səfər etmişəm. Qeyd edim ki, Avropanın bu ölkəsinə təkbaşına getdim. Səfərim Varşava və Krakova oldu. Mən bu ölkəyə uçduğum tarixdə ən sərfəli uçuş Afinaya uçub oradan Polşaya getmək idi. Elə mən də belə etdim . Təyyarəyə bileti сайтеskyscanner.ru saytından əldə etdim. Bu sayt vasitəsi ilə digər sytlarda aviabiletlərin qiymətlərini müqayisə etmək olur. Polşada oteli isə Hotels.com saytı ilə bron etdim. Bu saytın üstün cəhəti bonus proqramlar verməsidir.

Varşavada hava limanında enən kimi mərkəzi avtovağzala getdim. Hava limanından avtovağzala 175 nömrəli avtobus gedir. Avtobusa bileti dayanacaqdaki avtomatlardan almaq olar. Həmçinin avtomatın menyusunda rus dili də var. Lakin bileti yalnız yerli Zlota ilə almaq olar. Lakin çalışın pulu hava limanında çevirməyin burada kurs heç də sərfəli deyil. Məsləhət görürəm avtovağzalın yanında yer altı keçiddə yaxşı kursa pul dəyişmə məntəqəsi var. Pulu orada dəyişsəz uduzmassız.

Otellərdə şəhərin xəritəsi turistlərə pulsuz verilir. Varşavadan Krakova getmək üçün qatardan istifadə etdim. Qatara biletlər 50-160 zloton arasında dəyişir. Mən 160 zlotona gedib qayıtdım. Umumiyyətlə həm Varşavada həm Krakovda gəzməli yerlər çoxdur. Qənaətçil səfər üçün Polşa əlverişlidir.

SaraMariya
MƏSLƏHƏTÇİ:
SaraMariya
Blogger
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır