Gürcüstanın Borjomi kurortunu su basıb
16 İYUN 2016
688

Gürcüstanın Borjomi kurortunu su basıb

Bu gecə müşahidə olunan güclü dolu və leysan nəticəsində Borjomi şəhərində küçə və binaları su basıb, kənd təsərrüfatına zərər dəyib.

Yerli administrasiyadan bildiriblər ki, navalçalar və kanallar böyük su axınının qarşısını ala bilməyib, nəticədə mərkəzi küçələr, binalar və yaşayış evlərin birinci mərtəbələrini su basıb, ağaclar aşıb və avtomobillərə ziyan dəyib. 

Gürcüstan teleşirkətlərinin məlumatına görə, düşən dolu Borjominin yaxınlığında yerləşən kəndlərə də ziyan vurub.

Qori rayonunda meyvə bağları və məhsul tamamilə məhv olub.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır