Naftalanda yeni otel açılacaq
04 İYUL 2016
307

Naftalanda yeni otel açılacaq

Naftalan şəhərində beynəlxalq standartlara uyğun inşa olunan yeni Avtovağzal Otel Kompleksində tikinti işləri davam etdirilir. Bu barədə fins.az-a Naftalan rayon icra hakimiyyətindən bildirilib.

Məlumata görə, 10 mərtəbəli, 42 otaqdan ibarət binada avtovağzal kompleksi, ticarət mərkəzləri, otel nömrələri, admistrativ ofis hissə, geniş restoran və mətbəx fəaliyyət göstərəcək.

Avtovağzal kompleksinə holl, kassalar, kafe, saxlama kameraları, dükan və sanuzellər daxildir. Restoran və mətbəx II mərtəbədə yerləşəcək. Otel nömrələri 3-cü mərtəbədən başlayacaq.

Tikinti işlərinə 2014-cü il may ayında başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır