Naftalana gələn xarici turistlərin sayı artıb
03 AVQUST 2016
221

Naftalana gələn xarici turistlərin sayı artıb

Bu il ərzində Naftalan şəhərinə gələn turistlərin  7000 nəfərə çatmışdır. Əgər Əgər 2014-cü ildə Naftalana 3000 xarici turist gəlmişdisə, ötən ilin ötən 7 ayında bu rəqəm 8000 nəfəri keçmişdi.

Fins.az “Marja”-ya istinadən xəbər verir ki, turistlərin 1550 nəfəri Türkiyə, Polşa, Yaponiya, Çin, Slovakiya, Gürcüstan, Qazaxıstan və digər dövlətlərin vətəndaşlarıdır.

Hazırda şəhərdə fəaliyyət göstərən irili, xırdalı turizm-müalicə mərkəzlərində gün ərzində iki mindən artıq qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək imkanı var. Müalicəvi əhəmiyyətə malik olan məşhur  Naftalan  nefti ilə  70-dən artıq xəstəliyin müalicəsi aparılır.

 Qeyd edək ki, Naftalanda mövcud turizm obyektlərində xidmət səviyyəsindən asılı olaraq bir günlük xərc 25-30 manat arasındadır. Bu qiymətlərə gündə 3 dəfə qidalanmaq, gecələmək və müalicə prosedurları daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır