Naftalan öz müalicəvi effektivliyi ilə yerli və xarici turistləri cəlb edir
18 AVQUST 2016
623

Naftalan öz müalicəvi effektivliyi ilə yerli və xarici turistləri cəlb edir

Naftalan öz müalicəvi effektivliyi ilə yerli və xarici turistləri cəlb edir. Möcüzəli Naftalan neftinin hikməti hamıya bəllidir. Son illər  Naftalanda  yeni müasir beşulduzlu otellərin, istirahət və müalicə mərkəzlərinin inşası şəhərə gələn turistlərin sayının sürətlə artmasına səbəb olub. Ən önəmlisi də odur ki, burada insanlar Naftalan kimi nadir müalicəvi neftdən istifadə edir və özü gözəl şəraitdə. Turistlərin istirahətinin  mənalı və müalicəsinin yüksək səviyyədə təşkili üçün burada bütün şərait var. Naftalana gələn turistlər ən azı bir həftə qalıb dincəlir və müalicə alırlar.

Qeyd edək ki, hazırda şəhərdə irili-xırdalı 10 turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 3-ü beşulduzlu müalicə və istirahət mərkəzidir.

Bu otellərdə təkcə iyul ayında 3000-ə yaxın yerli və xarici turist dincəlib və sağlamlığını bərpa edib. Onlardan 600 nəfəri xarici ölkədən gələn vətəndaşlar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır