Xarici ölkələrdə müalicəvi turlar – QİYMƏTLƏR
26 NOYABR

Xarici ölkələrdə müalicəvi turlar – QİYMƏTLƏR

Yaxşı istirahət etmək hər birimizin arzusudur. Əlaxsus da bu istirahət fərqli məkanda olanda . Xarici ölkələri gəzmək  yeni təcrübə əldə etmək və s. Amma  bəzən sağlamlığımız da olan problemlər bizi narahat etməyə başlayır. Belə olduğu zaman həm müalicə həm də gəzməyi bir arada etmək olar. Fins.az xarici ölkələrdə yerləşən müalicəvi istirahət mərkəzlərini təqdim edir.

“Roqaşka – Slatina”

Müalicəvi turlar rasında məşhur olan yerlərdən biri də “Roqaşka – Slatin” kurort yeridir. Burada  Avropada bakterioloju təmizlik və magnezium məzmunnuna görə analoqu olmayan mineral su ilə müalicə olunmaq olar. Kurort Avstria – Macaristan imperiası dönəmindən bəri məhşur olmuşdur. “Travel Case” şirkəti müştərilərinə Roqaşkada  müalicə turları təşkil edir. Bu müalicə mərkəzin də 14 gecə 15 gün istirahət 1 nəfər üçün 1880 avrodur.

1 nəfər 3*otel -1880 avro

Qeyd edək ki, məbləğin çox hissəsini aviabilet təşkil edir. Biletin bir nəfər üçün qiyməti 1220 manatdır. Uçuş transferlə həyata keçirilir. Əvvəlcə İstanbula daha sonra isə Lyublanaya uçuş olunur.

“Turskavça – Jeneva”

“Travel Case” şirkətinin istirahət turu təşkil etdiyi müalicə mərkəzlərindən biri də Turskavçada yerləşən 4 ulduzlu “Jeneva” istirahət mərkəzidir. İstirahət mərkəzi qədim dövrlərdən salınan parkın içindədir. Otellə mineral bulaqlar arasında 5 dəqiqə piyada yol var. Burada  qastroenterologiya,  uroloqiya, qan analizi və digər analizlər, mineral vannalar qəbul etmək, həmçinin fizioterapevtik xidmətlər mümkündür. Bütün bu xidmətlərdən istifadə bir nəfər üçün 335 dollardır.

1 nəfər 4* otel – 335 dollar

 Bu qiymətə həmçinin aviabilet transfer oteldə gecələmə və 3 dəfə yemək daxildir.

“Karlovı Varı”

İstirahət mərkəzi paytaxt Praqadan 130 km qərbdə yerləşir. Şəhər 1370 ci ildə IV Karl tərəfindən əsası qoyulub. Elə şəhərin adı da qurucusunun adından götürülüb. Şəhərdə çox sayda bulaq mövcuddur. Bunlardan ən istisi Termal Bulağıdır. Şəhərin ən böyük və ən məşhur tikilisi "Mill Kolonada"dır. Bulaqların əksəriyyəti bu kolonda yerləşir. Karlovı Varı mineral suları mədə-bağırsaq və böyrək xəstəliklərinin müalicəsində böyük rol oynayır. Müalicə kursunun əsasən 10-14 gün və ya 21 gün üçün müəyyənləşdirilir.

2 nəfər 3* otel -  2950 manat

Qiymətə daxildir: Aviabilet ,3 ulduzlu oteldə qalmaq,  gündə 3 dəfə yemək, analizlərin verilməsi , mineral sularla müalicə. Turu “Atlas travel” şirkəti təşkil edir.

“Truskaveç”

“Atlas travel”in tur təşkil etdiyi müalicə turlarından biri də Ukraynanın Lvov şəhəri yaxınlığında yerləşən Truskaveç istirahət mərkəzidir. Kurort mərkəzində mədə-bağırsaq, qinekoloji xəstəliklər ,allerqiya nevroloqiya,  ürək qan damar sistemi xəstəlikləri , uraloqiya, dermatalogiya və nəfəs orqanları xəstəliklərinin müalicəsində  istirahət mərkəzlərinin əvəzi yoxdur.

2 nəfər 3* - 1500 manat

Qiymətə daxildir: Aviabilet , oteldə gecələmə,  gündə 3 dəfə yemək və müalicə götürmək.

“Marianske – Lazne”

Marianske – Lazne istirahət mərkəzində bir çox müalicəvi bulaqlar var. Mineral sular dermatoloji  mədə-bağırsaq və digər xəstəliklərin müalicəsində əhəmiyyətli rolu var. Kurort mərkəzində 10 günlük istirahət 2525 manatdır. Turu “Maxx travel “ şirkəti təşkil edir.

2 nəfər 3* - 2525 manat

Qiymətə daxildir. Aviabilet, 10 gecə oteldə qalma, 3 dəfə yemək və müalicə qəbul etmək.

“Heviz gölü”

“Maxx travel” şirkətinin digər təşkil etdiyi turlardan biri də Macarıstanda yerləşən Hevi istirahət mərkəzidir. Hevi gölü Macarıstanın paytaxtı Budapeştdən 190 kilometr cənubi qərbdə yerləşir.  Avropanın digər müalicə mərkəzlərində olduğu kimi  bu istirahət mərkəzində də əsasən  müalicə mineral sularla aparılır ki buda bir çox xəstəliklərdən can qurtarmağınıza böyük yardımçı olur. Heviz gölü bütün Avropada  ən böyük termal göldür. İstirahət mərkəzində 2 nəfərin 3 ulduzlu oteldə 14 gecə 15 gün qalması 2730 manatdır.

2 nəfər 3* otel – 2730 manat

Qiymətə daxildir : Aviabilet transfer oteldə gecələmə 3 dəfə və müalicə daxildir. 

“Metallurq”

14 gün 2 nəfər  bu xəbər üçün dəftərə bax  Turizm şirkəti Yessuntukidə yerləşən iki  müalicə mərkəzinə səfərini təşkil edə bilər. Bu Viktoriya və Metallurq  İstirahət mərkəzləridir. Metalurq istirahət mərkəzində olan mineral sular mədə-bağırsaqq böyrək və qaraciyər xəstəliklərinin müalicəsində müsbət təsirə malikdir. Həmçinin bu istirahət mərkəzlərində günəş vannaları da qəbul etmək olar. Yessuntuki -4 Yessuntuki -20 və Yessuntuki -17 adlı mineral sulardan içədə bilərsiz. Bundan əlavə istirahət mərkəzində müxtəlix xəstəliklərin müalicəsi üçün palçıq vannaları da təklif olunur. Turu “İsra Fly Travel”

1 nəfər  3* - 900 manat

Qeyd edək ki,Yessuntukiyə transferlə həftədə iki dəfə aviareys olur. Fevral ayı üçün biletlərdə kompaniya olduğu üçün ucuz aviabiletlər tapmaq mümkündür.

“Viktoriya”

14 gün bir nəfərin Yessuntukidə ki Viktoriya istirahət mərkəzində qalması  900 manatdır. Bu qiymətə bütün xərclər daxildir. Aviabilet otel  və müalicə kursları. Lakin hava limanından istirahət mərkəzinə taksi ilə getmək istəsəz o zaman qiymətdə 30-40 manat endirimdə ola bilər. Bu zaman qarşılanma xidmətindən imtina etmiş olursuz məhz bu na görəd də endirim edilir qiymətdə.

1 nəfər 3*- 1100 manat

Qeyd edək ki, bütün istirahət mərkəzlərinə göstərilən qiymətlər 2017-ci ilin fevral ayı üçün hesablanan qiymətlərdir. Əgər aviabiletləri bir qədər  gec müddətə sifariş etsəz o zaman bir qədər ucuz   bilet əldə etmiş olarsız. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır