Almaniyada hepatit xəstəliyinin müalicəsi -QİYMƏTLƏR
04 AVQUST
1124

Almaniyada hepatit xəstəliyinin müalicəsi -QİYMƏTLƏR

Açıqlanan statistikaya görə hazırda dünyada 2 milyarda yaxın insan hepatit B xəstəliyindən əziyyət çəkir. Bunun da 360 milyona yaxını xroniki formaya keçir. 130-150 milyona yaxın insan isə Hepatit C-dən əziyyət çəkir. Hepatit C-nin B-yə nisbətən sayı az olsa da, o daha qorxulu virus hesab edilir.

Bu xəstəliklərin hər ikisinin yoluxma yolu parentral yoldur. Məlumata görə Azərbaycanda Kliniki Tibbi Mərkəzin hepatit şöbəsinə cari ilin altı ayı ərzində 838 nəfər qəbul edilib. Onlardan 171-i hepatitin B, 502-si C, yeddisi A, doqquzu isə D virusları ilə yoluxub. Yoluxanların 55 faizini kişilər təşkil edir. Statistikadan da ölkəmizdə bu xəstəlikdən zəiyyət çəkənlərin olduğunu görmərk olar. Odur ki, Turizm.fins.az hepatitin Almaniyada müalicə qiymətləri ilə maraqlanıb. Xaricdə müalicə təşkil edən şirkətlərdən verilən məlumata görə bu xəstəliklə bağlı xaricə müraciət edənlərin ilk növbədə bu xƏStəliklə bağlı göstəriciləri Almaniyadakı müəyyən klinikaya göndərilir.

Qeyd edək ki, xaricdə müalicə təşkil edən şirkətlər pasientlərə viza dəstəyi, aviabiletlərin alınması, hava limanında qarşılanma və oteldə yerləşdirilmə kimi xidmətlər də göstəririr. Amma bu xidmətlər o zaman həyata keçirilir ki, pasient ən azından müayinə üçün Almaniyaya səfər etsin. Müayinə üçün isə minimum 5 min avro tələb olunur. Almaniyada hepatit xəstəliyindən müalicə olunmaq üçün isə bank hesabında ən azından 8 min avro olması lazımdır.Bu məbləğin nə qədərinin xərclənməsindən asılı olmayaraq hesabda bu qədər pul olmalıdır. Bu onunla əsaslandırılır ki, müalicə yarıda qalmamalıdır. Ümumilikdə heaptit xəstəliyinin Almaniyada müalicəsinə maksimum 10 min avro xərclənə biləcəyi bildirildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır