Yessentukidə müalicə və istirahət neçəyədir? – QİYMƏTLƏR
08 AVQUST
1991

Yessentukidə müalicə və istirahət neçəyədir? – QİYMƏTLƏR

Bir vaxtlar keçmiş Sovet Sosialist Respublikaları arasında olduqca məşhur olan Yessentuki-mineralnaya voda sanatoriyalarına indidə ölkə vətəndaşlarımız arasında az da olsa yenə də maraq var. Burada turistlər istirahət etməklə yanaşı həm də bir çox xəstəliklərdən müalicə oluna bilərlər. Belə ki, Way Traveldən Turizm.fins.az-a verilən məlumata görə Yesuntuki Mineralniyi Vodi sanatoriyalarında ürək, mədə bağırsaq və digər xəsliklərin müalicəsi mümkündür. Burada müştərilərə fizioterapiya, xüsusi vanna qəbulları və mineral sularla müalicə təklif olunur.

Yessentukidə istirahət üçün xərclənəcək pula gəlincə isə məbləğ belə olacaq. Belə ki, avqustun 20-dən sonra 1 nəfər üçün adı çəkilən istiqamətə aviabilet qiyməti 422 manat edəcək. Müalicə müddətinə gəldikdə isə bu müddətin ən azından 10 gün olması tövsiyyə olunur. Pavlova adına sanatoriyada bir nəfərin 10 gün istirahət və müalicə qiyməti 1430 manatdır. Əgər iki nəfər 10 gün qalmaq istəsə o zaman 1823 manat ödəmək lazım olacaq. Qeyd edək ki, göstərilən qiymətlərə 10 gün qonaqlama, gün ərzində 3 dəfə qidalanma, müayinə, müalicə qiymətləri daxildir. Turla maraqlananlar 012 511 10 19; 055 888 11 18; 050 585 68 66 nömrələri ilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır