Qəbələdə istirahət və müalicə neçəyədir? – QİYMƏTLƏR
14 AVQUST
1110

Qəbələdə istirahət və müalicə neçəyədir? – QİYMƏTLƏR

Ölkəmizdə müxtəlif iqlim qurşaqları, termal sular və s bu kimi təbii nemətlərin olması Azərbaycanda bir çox müalicə növlərinin yaranmasına şərait yaraıdr. Elə ölkəmizdə mineral sular, neftlə müalicə və s bu kimi müalicə mərkəzləri var. Bu sahədə çoxumuzun tanıdığı Qalaaltı ,Naftalan nefti və Duzdağ kimi müalicə və istirahət mərkəzləri var. Lakin Turizm.fins.az bu dəfə bəlkə də çoxlarının haqqında bilmədiyi Qəbələdə yerləşən müalicə mərkəzləri haqqında məlumatı təqdim edir.

Məlumat üçün bildirək ki, Qəbələdə müalicə təşkil edən istirahət mərkəzlərində müalicə əsasən termal sularla aparılır.

Chenot Palace

Oteldə müalicə və otaqlar paket şəklində təqdim olunur  və qaydalara görə oteldə qalan bütün qonaqlar programlardan istifadə etməlidirlər. Belə ki, programsız otaq və otaqsız program satılmır. Otaq qiymətləri isə 277 avro ilə 2559 avro arasında dəyişir.

Deluxe Room: 277 avro

Junior Suite: 395 avro

Executive Suite: 590 avro

Presidential Suite: 1968 avro

Villa: 2559 avro

Qeyd edək ki, oteldə iki cür menyu mövcutdur. Bunlar Bio Light (ət mətsulları) və Detox (tərəvəz məhsulları) dır.

Müalicə qiymətləri

7 gecəlik Stressdən Qurtulmaq və Enerjini Bərpa Etmək üçün Anri Şeno Proqramı - 4.600 avro

7 gecəlik Profilaktika və Yaşlanmaya qarşı Anri Şeno Proqramı - 4.300 avro

14 günlük Metabolik Optimizasiya və Çəkinin Azaldılması Anri Şeno Proqramı - 7.600 avro

3 günlük Aktiv Detoks Proqramı 3 gecə - 1.580 avro

Rezervasiyanı təsdiq etmək üçün hər bir şəxs üçün 2000 avro depozit tələb olunur. Qalan məbləği isə otelə giriş zamanı ödəyə bilərsiniz. Bundan başqa əgər rezervasiya ləğv olunduğu halda cərimələr tətbiq olunur.

 Rezervasiyanın ləgv edilmə və cərimə qaydalırı

Rezervasiyalar, gəliş tarixinə 21 gün qalmışa qədər təxirə salına bilər. Sonrakı müddət üçün olan təxirəsalmalar üçün cərimə aşağıdakı kimi hesablanır:

Gəlişə 20 gün qalarsa: ümumi rezervasiya qiymətinin 20% -i

Gəlişə 14 gün qalarsa: ümumi rezervasiya qiymətinin 50% -i

Gəlişə 7 gün qalarsa: ümumi rezervasiya qiymətinin 80% -i

Gəlişə 1 gün qalarsa və ya gəliş günü qonaq gəLməzsə: ümumi rezervasiya qiymətinin 100% -i

Məlumat üçün bildirək ki, erkən ayrılma halında, müştərilər əvvəldən rezervasiya etdikləri gecələrin sayını tam ödəməlidirlər. Gəliş tarixinə 14 günə qədər vaxt qaldığı təqdirdə rezervasiyanın tarixi cəriməsiz dəyişdirilə bilər. Gəliş tarixinə 14 gün və ondan az qaldığı təqdirdə, tarixlərin dəyişdirilməsi üçün hər bir şəxsə görə 2000 avro cərimə ödənməlidir.

 

Qafqaz Thermal Hotel & Spa

Otel Qəbələdə Yengicə kəndində yerləşir. Mehmanxananın müalicə mərkəzində gidroterapiya və masajlar vasitəsi ilə müalicə almaq olar. İstirahət mərkəzində əsasən oynaq və dəri xəstəliklərindən müalicə mümkündür. Müalicə mərkəzində müayinə və müalicəni oteldə qalmamaqla da almaq olar. Belə ki, kükürdlü su vanna qəbulu 10 manatdır. Bu qiymətə müayinə proseduru və vanna qəbulu daxildir. Bundan başqa neft vannaları da qəbul etmək olar. Neft vannalarının qəbulu isə 15 manatdır. Oteldə nömrə qiymətlərinə gəlincə isə standart otaqların qiyməti 120 manatdan başlayır. Bu qiymətə səhər yeməyi və spa mərkəzindən istifadə daxildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır