Naftlanda ən ucuz və ən bahalı sanatoriyalar neçəyədir - QİYMƏTLƏR
28 AVQUST
2274

Naftlanda ən ucuz və ən bahalı sanatoriyalar neçəyədir - QİYMƏTLƏR

Naftalan istirahət mərkəzi nəinki ölkə vətəndaşları arasında eləcə də xarici turistlər arasında olduqca populyardır. Hər il bu istirahət və müalicə mərkəzinə minlərlə turist gəlir. Əbəs yerə deyilki rusiyalı turistlərin ən çox üz tutduğu istiqamətlərdən biri də Naftlanda istirahət və müalicə mərkəzləridir. İstirahət mövsümündə bu istiqamətə vətəndaşlar arasında xüsusi marağın olduğunu nəzərə alaraq Turizm.fins.az Naftalanda yerləşən ən ucuz və ən bahalı istirahət sanatoriyalarının qiymətlərini öyrənib.

Naftalan istirahət mərkəzi

Sanatoriyanın adı Naftalan istirahər mərkəzi adlanan bu məkanda istirahət ən ucuz büdcəli sanatoriyalardan biri hesab olunur. Belə ki adı çəkilən mərkəzdə bir nəfərin iki nəfərlik otaqda tək istirahət və müalicəsi 37 manatdır . Bu qiymətə gün ərzində 3 dəfə qidalanma və bütün müalicə müayinə prosedurları daxildir. Əgər bu qiymətin daha ucuz olmasını istəsəz o zaman iki nəfərlik otağı başqa tanımadığınız şəxslə bölüşə bilərsiz. Bu zaman bir gün üçün 34 manat ödəməli olacaqsız. Bu qiymətə də gün ərzində 3 dəfə qidalanma və bütün müalicə müayinə qiymətləri daxildir.

Kəpəz sanatoriyası

Adı çəkilən sanatoriyada bir nəfərin gündəlik ödəyəcəyi pul 55 manatdır. Bu qiymətə bütün prosedurlar və gün ərində 3 dəfə qidalanma daxildir.

Qaşaltı sanatoriyası

Qaşaltı sanatoriyasın 1 həfətlik müalicə və müayinə 788 manatdır. Bu qiymətə gün ərzində 3 dəfə qidalanma və bütün müalicə və müayinə prosedurları daxildir.

5 ulduzlu otellərdə istirahət və müalicə

Bundan başqa Naftalanda 5 ulduzlu daha dəbdəbəli olan istirahət mərkəzləri də var. Bunlar Çinar Hotel and Spa Naftalan  və Qarabağ Resort Spa -dır. Hər iki otel 5 ulduzla təsnif olunub.  Qiymətlərə gəlincə isə

Qarabağ Resor Spa 1 həftəlik 1 nəfərin bütün müayinə və müalicə prosedurları daxil istirahəti 858 manatdır. Çinar Hotel and Spa Naftalan isə bir həftəlik 1 nəfərin istirahəti 712 manatdır.

Məlumat üçün bildirək ki adı çəkilən istirahət mərkəzlərinə Bakıdan transferlər də təşkil olunur. Tək halda yalnız bir nəfər üçün transfer 120 manat . Qrup halında Bakıdan Naftalan istirahət mərkəzlərinə transfer isə 20 manatdır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır