Gözəl Naftalan Sanatoriyasında istirahət - 39 MANAT
13 MART
1609

Gözəl Naftalan Sanatoriyasında istirahət - 39 MANAT

Son illər Naftalan şəhərində tikilib istifadəyə verilən ən gözəl sağlamlıq istirahət mərkəzlərindən biri də “Gözəl Naftalan” Müalicəvi İstirahət Mərkəzidir. Burada 82-dən çox xəstəlik müalicə olunur. Sanatoriyaya müalicə üçün yerli əhali ilə yanaşı digər xarici dövlətlərdən, Avropa dövlətlərindən, həmçinin Türkiyədən, İrandan, Rusiyadan və digər ölkələrdən də gələnlər çoxluq təşkil edirlər. Sanatoriyamızda əsəb-sinir, sümük-oynaq-əzələ, qadın xəstəlikləri, prostatit, kişi-qadın sonzuluğu, fizioterapevtik müalicələr aparılır. Bunlarla yanaşı müəssisədə ozonoterapiya, hidrokoloniya, dartma, linfodrenaj, serogen tipli müasir aparatlar da pasiyentlərin xidmətindədir. Sanatoriyada müalicə paketinə gün ərzində üç dəfə yemək də daxildir ki, həmin yeməklər peşəkar aşpazlar tərəfində keyfiyyətli qida məhsullarından hazırlanır. Terra Travel turizm şirkəti isə sizlər üçün 1 gecə 2 günluk cəmi 39 manata, adı cəkilən məkana tur təşkil edir. Qiymətə oteldə qonaqlama, 3 dəfə qidalanma və müalicə daxildir. Turla maraqlananlar  070 275 88 99; 012 492 36 71 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır