Duzdağda müalicə və istirahət - 70 MANAT
30 MART
1244

Duzdağda müalicə və istirahət - 70 MANAT

Azərbaycanda iqlimin müxtəlifyi ölkəmizdə bir çox təbii müalicəvi mərkəzlərin yaranmasına şərait yaradıb. Belə məkanlardan biri də Naxçıvanda yerləşən “Duzdağ” müalicə mərkəzidir. Turizm.fins.az “Duzdağ”da müalicənin faydası və qiymətlərini təqdim edir.

“Duzdağ” Fizioterapiya mərkəzi Naxçıvan Muxtar Respublikasında dəniz səviyyəsindən 1173 metr hündürlüyündə  yerləşir. Müalicə mərkəzi oteldən  2 km uzaqlıqdadır. 
Mağara icərisində  Naxcıvan Muxtar Səhiyyə Nazirliyinin   və “Duzdağ” otelinin  fizioterapiya mərkəzində, 2 ayrı bölümdən ibarət,  müalicə mərkəzi var. 5 ulduzlu oteldə  47 otaq, 128 yataq, kafe, TV-salon və kitabxanadan ibarət kompleks müştərilərə  xidmət göstərir.
“Duzdağ” Otelinin  Fizioterapiya mərkəzində  həkim,  24 saat mühafizə, təmizlik və s  müştərilərə xidmət göstərilir.  Bundan başqa oteldə yerləşən  aqua-parkda,  acıq və qapalı  havuzlarda,  basketbol, futbol meydançalarında,  tenis  kortlarında  və  sağlamlıq  mərkəzlərində  vaxt keçirmək mümkündür.

“Spleoterapiya”

 Duz mədənlərində natrium və xlor ionları üstünlük təşkil etdiyindən o spleoterapiya-ağciyər bronx xəstəliklərinin müalicəsinə olduqca müsbət təsir göstərir . Duz şaxtası şəraitində aparılan müalicə İtaliya, Macarıstan, Polşa, Almaniya, Ukrayna, Ruminiya və s. kimi ölkələrdə geniş yayılıb. Şaxtanın mikroklimatında kalsium ionları üstünlük təşkil edir. 
Xəstəxananın yeraltı şöbəsi Naxçıvan şəhərindən 12,2 km aralıda yerləşir. Yeraltı şöbə duz mədənində II əsas dağ sexində, girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə 9 işlənmiş ştrixdə yerləşir. Şəhər Mərkəzindən  Duzdağ Fizioterapiya Mərkəzinə - 9.8 km-dir, Xəstəxana ilə Duz mədən arası məsafə isə - 2.4 km-dir.

Yeraltı şöbəsi  9 şaxtadan ibarətdir. Onlardan ikisində qadın, ikisində kişi, birində uşaq palataları, ikisində istirahət foyeləri və s. vardır. Naxçıvan Fizioterapiya Xəstəxanasında xəstələr ən əvvəl 2-3 gün xəstəxana ərazisində adaptasiya olunurlar. Bundan sonra saat 18:00-dan – 8:00-a qədər, böyüklər 20-24 seans, uşaqlar isə 14-18 seans yeraltı şöbədə olurlar. Bu müddət xəstəliyin ağırlığından, yanaşı gedən xəstəliklərdən, ümumiyyətlə səhhətinin vəziyyətindən asılı olaraq dəyişilə bilir.  Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70%, uşaqlarda isə 80-85% yaxşılaşma qeyd olunur. 
Xəstələr şaxtaya getməklə bərabər, lazım gələrsə bəzi dərman preparatları, fizioproseduralar, müalicəvi bədən tərbiyəsi, döş qəfəsinin masajları və s. alırlar. Mümkün qədər dərman preparatları az təyin edilir (xəstə kortikosteroidlər alırsa, doza tədcicən azaldılır) . Spleoterapiya xəstədə boğulma tutmaları”) olmayan dövrdə və ya remissiya dövründə aparılır. 

 Yaxşılaşma uşaqlarda 4-cü, 5-ci günü qeyd edilir. Böyüklərdə isə bir qədər fərqlidir. Belə ki, xəstəliyin gedişindən asılı olaraq bir qrupunda yaxşılaşma iki həftədən sonra, bəzilərində müalicənin axırında bəlli olur.

Qiymətlər

Terra travel turizm şirkəti Naxçıvan Duz dağda  bir nəfərə 1 gecə 2 günlük müalicəni 70 manata təşkil edir. Bu qiymətə transfer xidməti, oteldə qalma, həkim müayinəsi, müalicə və gündə 3 dəfə qidalanma daxildir. Ətraflı məlumat əldə etmək istəyənlər 012 492 36 71; 070 275 88 99 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır