“Duzdağ”da bir günlük müalicə - 70 MANAT
05 SENTYABR
2662

“Duzdağ”da bir günlük müalicə - 70 MANAT

Azərbaycanda iqlimin müxtəlifyi ölkəmizdə bir çox təbii müalicəvi mərkəzlərin yaranmasına şərait yaradıb. Belə məkanlardan biri də Naxçıvanda yerləşən “Duzdağ” müalicə mərkəzidir. Turizm.Fins.az “Duzdağ”da müalicənin faydasını və qiymətlərini təqdim edir.
Duzdağ mağarası Fizioterapiya mərkəzi - Otelə 1,5 km-lik məsafədə yerləşən Duzdağda il boyu hərarətin 18-20 Cº olduğu 3 mağaradan birində fəaliyyət göstərən, 22 çarpayılı Müalicə Mərkəzində astma xəstələri şəfa tapa bilərlər. Oteldə - tennis kortları, stolüstü tennis, basketbol, volleybol, mini futbol, fitness mərkəzi, türk hamamı, sauna, buxar otağı, kinozal, naqilsiz internet, mini klub, hovuz, oyun salonundan istifadə edə bilərsiniz.
Oteldə 100 Standart otaq, 35 Junior Suit, 8 VİP Suit, 1 King Suit (Kral Dairəsi) və 7 Villa olmaqla cəmi 151 deluks otaq və otaqların Duzdağ yaxud Araz Çayı mənzərəsi var. Bütün otaqlar xalça ilə örtülü və divar kağızı ilə müasir şəkildə dizayn edilmişdir. Bütün otaqlarda peyk yayımlı TV, daxili xəttli telefon, mini bar, mərkəzi havalandırma sistemi, seyf, Duş (duş & vanna & WC), saç quruducu mövcuddur.

Bunları nəzərə alaraq Terra travel turizm  şirkəti 1 günlük  və 1 həftəlik müalicə turları təşkil edir. Belə ki, 1 gecə 2 günlük təşkil olunan tur paketin qiyməti 70 manatdır. Qiymətə oteldə qalma, müayinə və müalicə, gün ərzində 3 dəfə qidalanma, transfer xidməti (hava limanı-otel-hava limanı) daxildir.

Eləcə də bax: Greencard qazanan tələbələr Amerikada işləyə və ya təhsillərini davam etdirə bilərlərmi?

Eləcə də bax: ABŞ, Kanada və Avropada yaşamaq və işləmək istəyən şəxslərin nəzərinə - İŞ VAR

1 həftəlik paket isə 490 manatdır. Qiymətə oteldə 7 gecə 8 gün qonaqlama, gün ərzində 3 dəfə qidalanma (İsveç masası), Fitness və Spa xidmətləri, müayinə və müalicə, transfer - hava limanı-otel-hava limanı (yalnız Duzdağ oteldə), parkinq, service room, wifi daxildir.
Qeyd: Qiymət 2 nəfərlik otaqda 1nəfər üçün nəzərdə tutulmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır