"Naftalan" və "Duzdağ" Sağlamlıq mərkəzi Bakıda - 70 MANAT
02 OKTYABR
999

"Naftalan" və "Duzdağ" Sağlamlıq mərkəzi Bakıda - 70 MANAT

Bakı şəhərində yerləşən Naftalan Sağlamlıq Mərkəzi 2002-ci ildə tikilib istifadəyə verilmişdir. Yarandığı gündən bu günki günədək möcüzəvi Naftalan nefti və Naxçıvan duzdağı ilə Bakıda yeganə müalicə və istirahət mərkəzi olan Naftalan Sağlamlıq Mərkəzi 2018-ci ildən etibarən müasir tələblərə uyğun şəkildə müalicə və istirahət xidmətlərilə həm yerli, həm də xarici qonaqlara xidmət etməkdədir.
Peşəkar tibbi heyətimiz sizlərin beynəlxalq sertifikatlaşma keçmişdir və illərin təcrübəsinə malikdir. Bizimlə Bakı şəhərini tərk etmədən naftalan nefti ilə və digər prosedurlarımızla müalicə almaq mümkündür.
Əlavə prosedurlara aşağıdakıları misal çəkmək olar:
Fizioterapiya 
Lazer terapiya 
İşıq terapiyası 
Parafin 
Naftalan yaxması 
İnhalyasiya 
Kvant terapiya

Naftalan Klinikası Naftalan neftinin möcüzəli təsir xüsusiyyətlərindən istifadə edərək sizlərə aşağıdakı xəstəliklərdən azad olmaq üçün unikal müalicə programları təklif edir:

Dayaq – hərəkət sistemi xəstəlikləri 
Sinir sistemi xəstəlikləri 
Dəri xəstləlikləri 
Uroloji və androloji xəstəliklər 
Ginekoloji xəstəliklər 
İnhalyasiya 
Kvant terapiya 
Terapevtik xəstəliklər

Müalicə paketi

1. Naftalan Tibbi Paketi

Otaq növü Qiymət (Gün/AZN)
Standard Single (bir qonaq) 80
   
Standard Double (iki qonaq) 140
   
Superior Triple (üç qonaq) 210
   
Superior Quadruple (dörd qonaq) 280
   

Qiymətlərə daxildir:

  • Mərkəzi restoranda səhər, nahar və şam yeməkləri
  • İlkin müayinə
  • Həkim təyinatına əsasən müalicə
  • 2 həkim baxışı
  • Naftalan vannaları
  • Fizioterapiyalar

Naftalan Sağlamlıq Mərkəzi Bakı da bir həftəlik müalicə isə  490 manatdır.

Duzlaq müalicə şöbəsi

Möcüzəli xarakterlərə malik Naxçıvan duzlağı ilə düzəldilmiş Duzlaq müalicəvi kompleksimizdə bir çox tənəffüs orqanı xəstəliklərindən əziyyət çəkən insanlar Bakı şəhərini tərk etmədən müalicəsi alması mümkündür.
Təbii duz organizmə müalicəvi təsir göstərərək, aşağıdakı xəstəlikləri müalicə edir :
Bronxial astma ( bütün formaları ) 
Xroniki bronxitlər 
Rinit, sinusitlər , pollinozlar 
Neyrodermit ,atopik, dermatitlər 
Veqetativ damar distoniyası 
Sətəlcəm və bronxit xəstəliklərindən sonrakı bərpa dövrü 
Xroniki yorğunluq sindromu ,nevrozlar , yuxusuzluq 
Siqaret çəkənlərin bronxiti 
Efferent terapiya, Ozonoterapiya,Membranlı plazmaferez , Qanın ultrabənovşəyi şüalarla təmizlənməsi

2. Duzdağ Tibbi Paketi

Otaq növü Qiymət (Gün/AZN)
Standard Single (bir qonaq) 70
   
Standard Double (iki qonaq) 120
   
Superior Triple (üç qonaq) 180
   
Superior Quadriple (dörd qonaq) 240
   

Qiymətlərə daxildir:

  • Mərkəzi restoranda səhər, nahar və şam yeməkləri
  • İlkin müayinə
  • Həkim təyinatına əsasən müalicə
  • Duzlaq kompleksində müalicə

Əlavə qeydlər:
Qiymətlər yalnız minimal 7 günlük sifarişlər üçün etibarlıdır 
12 yaşadək uşaqlar üçün müalicə daxil qiymət 33 AZN, müalicəsiz qiymət 22 AZN təşkil edir 
12 yaşdan yuxarı uşaqlar yetişkin hesab olunur və standart qiymətlər tətbiq olunur 

Eləcə də bax: Bu Şəhərdə yeni konsertlə qarşınızda - “KefAl”

Eləcə də bax: Bakıdan Nyu-Yorka uçmaq neçəyədir? – AVİAŞİRKƏTLƏRİN QİYMƏTLƏRİ

Eləcə də bax: Yeni İldə sevgilinizə "Parisə səyahət" turu hədiyyə edin

Eləcə də bax: Dəhşət qorxu - Siccin 5 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır