"Qarabag Resort
15 NOYABR
514

"Qarabag Resort & Spa Naftalan Otel"də 8 günlük müalicə - QİYMƏTLƏR

GARABAG SPA&RESORT 600 ildən çox öz müalicəvi xüsusiyyətləri ilə dünyada tanınmış unikal naftalan yağının yataqları yerləşən Naftalan kurort zonasının gözəl və füsunkar ərazisində yerləşir.
GARABAG SPA&RESORT sadəcə geniş parkın kölgəsində yerləşən dəbdəbəli otel deyil, həm də sağlam həyat, rahatlanma və yüksək qastronomik mətbəxin vəhdətidir.
Burada fəaliyyət göstərən ENTERA SPA & Wellness müalicə və sağlamlıq mərkəzi naftalan yağı, ENTERA patentləşdirilmiş konsentratı, və həmçinin Xəzər dənizinin duz və yosunları, müalicəvi vulkanik palçıqlar və müalicəvi bitkilərdən itifadə yolu ilə ənənəvi və xüsusi prosedurların simbiozudur. SPA prosedurların əsas məqsədi bütün orqanizmin sağlamlaşması və rahatlanmasıdır. Dəri örtüyünə təsir edərək bioloji aktiv komponentlər maddələr mübadiləsi prosesini aktivləşdirir, qan dövranını yaxşılaşdırır, orqanizmdən toksinləri çıxarır və ümumi hissiyatı yaxşılaşdırır. Profilaktikayla birlikdə, əzələ və oynaqlarda iltihab və mübadilə xarakterli xroniki xəstəlikləri, ginekoloji və ürək-damar xəstəliklərini, stres və yorğunluqla bağlı nevroloji narahatlığı, maddələr mübadiləsinin pozulmasından yaranan xəstəlikləri, psoriaz, allergiya və bir çox bu kimi xəstəlikləri müalicə etmək üçün proqramlar hazırlanmışdır. Müalicə-profilaktika proqramları müalicəvi iqlim və xoşagəlimli psixoloji mühitlə vəhdətdə ən yaxşı nəticələrə nail olmağa imkan yaradır.
20 ədəd rahat prosedur otaqları, hamam, sauna, sidr çəlləyi, kriosauna, inqalyator, duz otağı, itstirahət zonası, bərbərxana, kosmetologiya və s. Sizin xidmətinizdədir.

Bunları nəzərə alaraq isə Turizm.fins.az sizlərə GARABAG SPA&RESORT-da 8 günlük müalicə və müayinə paketini təqdim edir. Paketin qiyməti 802 manatdır və qiymətə gün ərzində 3 dəfə qidalanma, müalicə və müayinə daxildir. Ətraflı məlumat əldə etmək istəyənlər 012 492 36 71; 070 275 88 99 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır