Köhnə Naftalan mehmanxanası yenidən qurulur
10 DEKABR 2018
299

Köhnə Naftalan mehmanxanası yenidən qurulur

Naftalan şəhərindəki Naftalan mehmanxanası yenidən qurulur.

Turizm.fins.az xəbər verir ki, yenidən qurulan 10 mərtəbəli köhnə Naftalan mehmanxanasında 30 nəfər müvəqqəti işlə təmin edilib.  Mehmanxana "Naftalan Hotel & SPA" adı altında  fəaliyyət göstərəcəkdir. 

81 otaqdan ibarət olacaq “Naftalan Inn otel and SPA”nın 2018-ci ilin noyabrında istifadəyə verilməsi nəzərdə tutulmuşdu. Lakin tikinti işləri uzanır.

Hazırda Yeni Avtovağzal otel kompleksində də tikinti işləri davam edir. 

Eyni zamanda  4 investor tərəfindən Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə müasir səviyyəli turizm obyektlərinin tikinti layihələri təqdim edilib.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır