Ən yeni sağlamlıq kurortu "Lankaran Springs Welness Resort"da QİYMƏTLƏR
29 APREL
5168

Ən yeni sağlamlıq kurortu "Lankaran Springs Welness Resort"da QİYMƏTLƏR

Ən yeni sağlamlıq kurortu kompleksi olan “LANKARAN SPRINGS WELLNESS RESORT” Azərbaycanın ən gözəl guşələrindən biri Lənkəran şəhərinin Haftoni kəndində, Bakının cənubundan 250 km məsafədə yerləşir. Kompleksin yerində hələ 1958-ci ildən müalicəvi sanatoriya fəaliyyət göstərib. “LANKARAN SPRINGS WELLNESS RESORT” dünyanın ən effektiv balneoloji kurortlarından biridir. Bu yer öz unikal müalicəvi qaynaqları “İstisu” ilə məşhurdur. Kompleks dağ-meşə landşaftı ilə əhatə olunub, Xəzər dənizindən cəmi 10 dəqiqəlik və Lənkəran Beynəlxalq Hava Limanından 15 dəqiqəlik məsafədə yerləşir.
Unikal memarlıq üslubuna malik mehmanxana kompleksi, sağlamlıq mərkəzindən, avadanlıqla təchiz edilmiş mineral mənbələrdən, uşaq mərkəzindən ibarətdir və ümumilikdə 11 hektarlıq sahəni əhatə edir. Qonaqlara yüksək ixtisaslı həkimlərin məsləhəti ilə yazılmış termal prosedurların geniş spektri təqdim olunur. Qonaqlar, həmçinin əsas restoranın açıq terrasından gözəl mənzərədən zövq alaraq yerli və xarici mətbəxin nəfis yeməklərini dada bilər.

Otaqlar:

  •          Kondisioner
  •          Telefon
  •          Wi-Fi
  •          Müxtəlif dillərdə peyk kanalları
  •          Seyf
  •          Fen
  •          Duş və vanna
  •          Çay və qəhvə
  •          İçməli su
  •          Mini bar
  •          Otaq xidməti
  •          Unikal mənzərəli geniş balkon


Hovuz və SPA:

  •          Böyüklər və uşaqlar üçün qapalı və açıq hovuz
  •          SPA salon / istirahət zonası
  •          Sauna
  •          Buxar hamamı
  •          Türk hamamı
  •          Müalicəvi mənbələr
  •          Müasir avadanlıqla təchiz edilmiş idman mərkəzi
  •          Tibbi masaj və Bali masajı
  •          Sağlamlaşdırıcı su prosedurları üçün otaqlar


Əyləncələr:

  •          Trenajor zalı
  •          Darts və stolüstü oyunlar
  •          Su oyunları
  •          Aerobika
  •          Yoqa
  •          Boulinq
  •          Masaüstü tennis
  •          Bilyard
  •          Uşaqlar üçün əyləncə mərkəzi
  •          Diskoteka və axşam əyləncələri
  •          Uşaqlar və böyüklər üçün əyləncə proqramları

Tibb mərkəzi:

Qonaqlara İxtisaslaşmış tibbi personalın çalışdığı sağlamlıq-tibb mərkəzi təqdim olunur:

  •          USM-diaqnostika
  •          Rentgen diaqnostika
  •          Ürəyin EKQ-si
  •          Exokardioqrafiya
  •          Ətraf damarlarının dopleroqrafiyası
  •          Müasir geniş profilli laboratoriya
  •          Terapevtik paket
  •          Kardioloji paket
  •          Nevroloji paket
  •          Revmatoloji paket
  •          Ginekoloji paket
  •          Dermatoloji paket
  •          Endokrinoloji paket
  •          Stomatoloq xidmətləri
  •          Mineral hidroterapiya
  •          Hidroterapiya
  •          Sualtı masaj
  •          Şarko duşu
  •          Fizioterapiya
  •          Elektroterapiya
  •          Mexanoterapiya
  •          Hidrokolonoterapiya
  •          Ozonoterapiya
  •          Palçıqla müalicə
  •          Tibbi masaj
  •          Cavanlaşdırıcı prosedurlar

“İstisu” termal mənbə:

Hal-hazırda “LANKARAN SPRINGS WELLNESS RESORT” ərazisində 12 su mənbəyi fəaliyyət göstərir.

  •          Qan dövranı sistemi xəstəlikləri: hipertoniya xəstəliyi, ürəyin işemik xəstəliyi, esensial hipotoniya, kardiomiopatiya, periferik arteriya və venaların xəstəlikləri;
  •          Sinir sistemi xəstəlikləri: ayrı-ayrı sinir, kötük və kələflərin zədələnməsi, vegetativ sinir sistemi, onurğa beyni və baş beyinin pozulmaları, mərkəzi sinir sisteminin xəstəlikləri və, zədə və əməliyyatlarının fəsadları.
  •          Sümük-əzələ sistemi xəstəlikləri: iltihabi prosesin minimal fəallığı ilə damarların revmatik xəstəlikləri, damarların və onurğanın degenerativ xəstəlikləri, osteopatiya və xondropatiya.
  •          Xroniki qeyri-spesifik bronx-ağciyər xəstəlikləri: remissiya mərhələsində xroniki bronxit və xroniki pnevmoniya.
  •          Həzm sistemi xəstəlikləri: qida borusu, mədə və onikibarmaq bağırsağın xəstəlikləri (reflyuks-ezofagit, normal və ya aşağı turşuluqla xroniki qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi), bağırsaq, böyrək, sidik kisəsi, sidik ifrazı yolları, mədəaltı vəzin xəstəlikləri, operativ müdaxilələrdən sonra pozulmalar.
  •          Endokrin sistemi xəstəlikləri, qidalanma və maddələr mübadiləsinin pozulması: şəkərli diabet, piylənmə (alimentar), metabolik sindrom, podaqra və s.
  •          Dəri xəstəlikləri: xroniki ekzema, atipik dermatit, psoriaz, yanıq və donmalardan qalıq hallar, çapıq dəyişiklikləri, toxuma trofikasının pozulmaları və s.
  •          Böyrək və sidik ifrazı yollarının xəstəlikləri: remissiya mərhələsində olan xroniki piyelonefrit, xroniki sistit.
  •          Kişi cinsiyyət orqanlarının xəstəlikləri: xroniki prostatit, vezikulit, epididimit və s.
  •          Qadın cinsiyyət orqanlarının xroniki iltihabi xəstəlikləri: salpinqoooforit, endoservisit, servisit və s.

7 gecə 8 günlük təşkil olunan turun qiyməti 825 manatdır və qiymətə aşağıdakılar daxildir:

  •          Oteldə qalma
  •          Qidalanma ( dəfə ).
  •          Müayinə + Müalicəvi paket.


Qeyd: 
Qiymət 2 nəfərlik otağda 1 nəfər üçün nəzərdə tutulub və tarixlər üzrə dəyişilə bilər.

Əlaqə: 

+994 70 275 88 99

+994 70 275 88 90

+994 12 492 36 71

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır