Naftalana gələn turistlərin 37 faizi əcnəbilərdir
14 AVQUST
186

Naftalana gələn turistlərin 37 faizi əcnəbilərdir

Sağlamlıq turizminin beynəlxalq mərkəzlərindən birinə çevrilən Naftalanın turizm obyektlərində bu ilin 6 ayı ərzində 14476 nəfər turist qeydə alınıb. 

İldən-ilə özünün turizm şəhəri kimi şöhrətini genişləndirən Naftalanın turist qəbulu sahəsindəki statistik göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz çoxdur.

Naftalan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, dünyanın bütün qitələrindən turist qəbul edən Naftalan şəhərinə bu ilin birinci yarısında ayrı-ayrı ölkələrdən, ümumilikdə, 5345 turist gəlib. 

Bu da onu göstərir ki, Naftalana gələn turistlərin təxminən 37 faizi əcnəbilərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır