“Şıx” sanatoriyasında 11 günlük müayinə və müalicə neçəyədir? - QİYMƏTLƏR
09 SENTYABR
765

“Şıx” sanatoriyasında 11 günlük müayinə və müalicə neçəyədir? - QİYMƏTLƏR

Azərbaycanda kurort mövsümü il boyu davam edir. Respublika zəngin və bəzi münasibətlərdə nadir rekreasiya və kurort resurslarına malikdir. Dağlıq və dağətəyi rayonların gözəl təbiəti, şəfaverici balneoloji mənbələri və müalicəvi palçıqları, gözoxşayan dağ gölləri və şəlalələri, Xəzərin qumlu çimərlikləri, Abşeronun üzümlük və əncirlikləri və eləcə də günəş işığının bolluğu il boyunca dolğun istirahət və sanatoriya və kurort müalicəsi üçün hər bir şərait yaradır.

Dayaq-hərəkət aparatının xəstəliklərinin müalicəsinə müsbət təsir göstərən “Şıx” dənizkənarı balneoloji kurortu ölkə paytaxtı vəzifəsini yerinə yetirən Bakı şəhərindən cəmi 10 km aralıqda, Bibi-Heybət qəsəbəsində yerləşir.

Sözsüz ki, hər birimiz Varnanın qızıl qumları, Soçi çimərlikləri, Krım havası və Anapa günəşi barədə uzun-uzadı hekayələr eşitmişik. Lakin bu kurortlar arasında təkcə Bibi-Heybətdə yerləşən “Şıx” sanatoriyası sadaladığımız təbii xassələrin hamısını özündə cəmləşdirir. Qızılı kvars qumları, günəşli günlərin ən böyük sayı, hərarətcə mülayim Xəzər dənizi və ultrabənövşəyi şüalarla zəngin olan günəş adıçəkilən kurortu fərqləndirən xüsusiyyətlərdəndir. Onu da qeyd edək ki, Şıx Bakılıların ən sevimli istirahət guşəsidir.
Müalicə və iqlim amillərinin kombinasiyası, və eləcə də həkim göstərişinə əsasən tərkibində az miqdarda yod və brom olan termal hidrosulfid su vannalarının qəbulu “Şıx” sanatoriyasını dayaq-hərəkət sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün ideal məkana çevirir.

Müalicəvi hava, günəş və gün vannaları, eləcə də qocaman Xəzər dənizi burada istirahət edənlərin yaddaşından əsla silinməyəcək.

“Şıx”-ı seçmiş pasiyentlər təcrübəli həkimlər tərəfindən qarşılanıb müayinə olunur və növbəti 18 gün ərzində daimi tibbi nəzarət altında olurlar. Bundan əlavə, özündə arxitektur cəhətdən milli memarlıq ənənələrinin və müasir üslubun ahəngini təcəssüm etdirən tam komfortlu yaşayış korpusları, kölgəli xiyabanlar və geniş park hər zaman ziyarətçilərin xidmətindəndir.

Sanatoriyada hökm sürən abu-hava o dərəcədə ailəvi və xoşagələndir ki, ziyarətçilərə müsbət təsirini anında ötürür. Bundan əlavə, pasiyentlər bir sıra sağlamlaşdırıcı tədibrlərdən keçirlər.

Həkimlərin fikrincə, rahat mebel, əlvan xalçalar, geniş salon və koridorlar, bir sözlə, estetika və harmoniya insan səhhətinə müalicəvi təsir göstərən faktorlara aiddir.

Kurorta üz tutan pasiyentlər tərkibində az miqdarda yod və brom olan termal hidrosulfid su vannaları qəbul etmək şansına malikdir. Həmin mineral su yer səthinə 2000 m dərinlikdən çıxır. Suyun istiliyi 60-70 dərəcə təşkil edir.

Bununla bərabər, sanatoriyanın xidmətlərinə naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə də daxildir. Buranın müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir.

Sanatoriyada sualtı duş-masaj, xüsusi şəkildə təchiz olunmuş hovuzlarda sualtı dartılma (hidrotraksiya) və velotrenajor vasitəsilə aşağı ətraf oynaqlarının işlənilməsi kimi balneoloji müalicə üsulları tətbiq olunur.

Tibbi göstərişlər
- Artritlər və poliartritlər (qeyri-vərəm mənşəli)
- Revmatoidli artrit (remissiya dövrü)
- Xroniki mialgiya
- Kontrakturalar
- Poliosteoartrozlar, deformasiya edici artrozlar
- Yayılmış osteoxondrozlar
- Ankilozlaşan spondiloartritlər
- İşalqik ağrılar, bel-omba radikuliti
- Podaqrik artrit – sidik turşulu diatez

Tibbi əks-göstərişlər
- Kəskin fazada olan bütün xəstəliklər
- Bədxassəli şişlər
- Vərəm xəstəliyi (aktiv formada)
- Kaxeksiya
- Zöhrəvi xəstəliklər
- Kəskin irinli və iltihabi xəstəliklər
- Tez-tez təkrarlanan profuz qanaxmalar
- Ruhi xəstəliklər (kəskinləşmə dövründə)
- Şəkərli diabet (ağır formada)
- Ürək-qan dövranı xəstəlikləri (II və III mərhələ)
- Anevrizmalar
- Qan xəstəlikləri (kəskinləşmə dövründə)
- Hipertoniya xəstəliyi (III mərhələdə)

Sanatoriya növbəti imkanlara malikdir:
- Müalicə-diaqnostik kabinetlər və laboratoriyalar
- Balneoloji müalicəxana (təbii mineral su təchizatı ilə)
- Elektroişıq müalicəsi
- Mastika yaxmaları
- Naftalan terapiyası
- Palçıqla müalicə
- Masaj
- Müalicəvi bədən tərbiyəsi
- İqlim terapiyası

Müalicə nəticələri təcrübəli mütəxəssislər tərəfindən müşahidə olunur.

Bunları nəzərə alaraq turizm.fins.az sizlərə “Şıx” sanatoriyasının (dayaq-hərəkət xəstəliklərinin müalicəsi) 10 gecə 11 günlük qiymətini təqdim edir. 

Qiymət: 680MANAT

Qiymətə daxildir:

  • Oteldə qalma;
  • Müayinə;
  • Müalicə;
  • Qidalanma (3dəfə);
  • Qeyd: Qiymət 2 nəfərlik otaqda 1nəfər üçün nəzərdə tutulub və tarixlər üzrə dəyişilə bilər.

Əlaqə: 

+994 70 275 88 99

+994 12 492 36 71

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır