"Naftalan Hotel Qashalti”da 8 günlük müalicə və istirahət neçəyədir? - QİYMƏTLƏR
13 SENTYABR
962

"Naftalan Hotel Qashalti”da 8 günlük müalicə və istirahət neçəyədir? - QİYMƏTLƏR

Naftalan Azərbaycan – dünya əhəmiyyətli unikal müalicəvi kurort, yeganə müalicəvi naftalan nefti yatağıdır. Naftalan hələ qədim zamanlardan dayaq hərəkət aparatı xəstəliklərinin, dəri, uroloji, ginekoloji xəstəliklərin müalicəsi üçün güclü vasitə kimi şöhrət qazanıb. Naftalan iltihab proseslərini aradan qaldırır, ağrıları azaldır, qan dövranını və orqanizmdə mübadilə proseslərini yaxşılaşdırır. “Qara qızıl çeşməsi – sağlamlığın açarıdır”- Naftalan müalicə ocaqlarının şüarı belə səslənir.

Naftalan kurortu Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə (Kirovabad) şəhərindən 50 km məsafədə, ekoloji təmiz rayonda yerləşir.

NAFTALANIN MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ
Naftalan nefti dəridən hoparaq kapilyar qan axınına müsbət təsir göstərir, kiçik damarlarda qan dövranını yaxşılaşdırır, qan damarlarını genişləndirir, qanın laxtalanmasını azaldır, fermentativ proseslərin aktivliyini yüksəldir, orqanizmin bütün funksiyalarını stimullaşırdırır və mikroblara qarşı təsir qüvvəsinə malikdir.

Bunları nəzərə alaraq Turizm.fins.az  sizlərə "Naftalan Hotel Qashalti”ın 7 gecə 8 günlük müalicə tur paketini təqdimedir. Paketin qiyməti isə 525 manatdır.

Qiymətə daxildir:
Qidalanma: 3 dəfə
Müalicəvi + müayinə paketi.

Qeyd: Qiymət 2 nəfərlik otağda 1 nəfər üçün nəzərdə tutulub və tarixlər üzrə dəyişilə bilər.

Əlaqə:

+994 70 275 88 99

+994 12 492 36 71

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır