Avropaya uçanların siyahısı tutulacaq - QƏRAR
14 APREL

Avropaya uçanların siyahısı tutulacaq - QƏRAR

Avropa aviasərnişinlərinin vahid məlumat bazası olacaq. Avropa Parlamenti aviasərnişinlərin vahid məlumat bazasının (PNR) yaradılmasına icazə verib. Fins.az AFP-yə istinadən xəbər verir ki, bu addım terrorizmlə mübarizə tədbirlərindən biri sayılır.

PNR sisteminin yaradılması və ABŞ ilə məlumatların paylaşmasına dair müzakirələr Avropa İttifaqında 3 ildən çoxdur aparılır. İndiyə kimi Avro Parlamenti vətəndaşların şəxsi məlumatlarının yayılmasından ehtiyat edərək bu təşəbbüsə razılıq vermirdi.

Avropa Komissiyasının nümayəndəsi Aleksander Vinterştayn bu qərarı alqışlayaraq deyib ki, PNR terrorizmlə mübarizədə polis bölmələri arasındakı məlumat mübadiləsini fəallaşdıracaq və Avropa vətəndaşlarının şəxsi məlumatlarının qorunmasına imkan verəcək.

Avropa İttifaqı Şurası yeni sənədi gələn həftə ərzində təsdiqləyəcəyini bəyan edib.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır