Mehmanxana və turizm şirkətlərinin nəzərinə - BAKI TURUNDA YENİLİK
15 APREL

Mehmanxana və turizm şirkətlərinin nəzərinə - BAKI TURUNDA YENİLİK

Bakıda şəhər turu təşkil edən şirkət dəyişib. Fins.az-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumatına görə, aprelin 10-dan etibarən Bakı şəhərində avtobuslarla şəhər turunu təşkil edən “City Sightseeing” MMC öz fəaliyyətini dayandırıb.

Artıq 2016-ci il aprel ayının 11-dən şəhər turunu “Baku City Tour” adlı yeni brend altında Bakı Turizm İnformasiya Mərkəzi həyata keçirir. “Qədim və Müasir Bakı” adlı marşrut əvvəlki “City Sightseeing” marşrutunu təkrar edir və bu marşrutda yeni Mercedes Benz markalı 3 iki mərtəbəli və 3 Mercedes Benz sprinter mikroavtobusları işləyəcək.

«Eyni zamanda sprinter avtobusları Heydər Əliyev adına Beynəlxalq hava limanına transfer, Bakı ətrafı (Qobustan, Qala, Yanardağ, Atəşgah) və respublikanın müxtəlif regionlarına qonaqların və turistlərin səyahətinin təşkili üçün şirkətlərin və mehmanxanaların sifarişi ilə istifadə oluna bilər»-deyə məlumatda bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır