Rus turistlər buna görə Türkiyədən imtina etməyəcəklər - AÇIQLAMA
19 APREL

Rus turistlər buna görə Türkiyədən imtina etməyəcəklər - AÇIQLAMA

“Birbaşa qadağalar olsa da, rus turistlər Azərbaycan və  Gürcüstan vasitəsilə Türkiyəyə gəlməkdə davam edirlər”. Bunu fins.az-a Türkiyənin ORKA Hotellər şəbəkəsinin marketinq meneceri  Soner Deveci bildirib. Onun sözlərinə görə, qoyulan qadağalarla bağlı  turizm agentliklərinin Rusiyaya girişi məhdudlaşıb. Hətta ORKA Hotellərinə gələn rus turistlər 90-95 % azalmışdı. Amma  rus turistlər az da olsa, müxtəlif yollarla Türkiyəyə gəlməyə başlayıblar.

“Qiymət və kefiyyətdə hövzə ölkələrindən üstünük”

S.Deveci hesab edir ki, Türkiyənin rus turistləri üçün alternativi  yoxdur: “Belə ki, ruslar  Avropa və digər ölkələrdə 2 dəfə artıq pul sərf etsələr də, Türkiyədə aldıqları xidmətin 10 %-ni belə əldə edə bilməyəcəklər. Türkiyə Aralıq dənizi ölkələri arasında həm kefiyyətli xidmət, həm də qiymətlər baxımından daha sərfəlidir”.

Bahalı yaxtaları ancaq türk limanlarında saxlamaq sərfəlidir

Digər tərəfdən Türkiyə  Yunanıstan, İspaniya və digər Avropa ölkələri ilə müqayisədə yaxtaların ən ucuz saxlanıldığı ölkədir: “Bu isə Türkiyənin daha bir üstünlüyüdür. Bu yaxtalar çox bahadır. Ona görə də varlı avropalılar və ruslar ya bu yaxtaları satmağa məcbur olacaqlar, ya da burada  istirahət edəcəklər. Hətta,  varlı ruslar yaxtalarının saxlamasının ucuz başa gəlməsi üçün onları Yunanıstandan Türkiyə limanlarına gətirirlər”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır