AZAL Gəncə reyslərinin sayını artırdı
19 APREL

AZAL Gəncə reyslərinin sayını artırdı

"Azərbaycan Hava Yolları" (AZAL) ölkədaxili marşrutlar üzrə yeni uçuş cədvəli barədə elan edir.

Bakı-Gəncə-Bakı marşrutu üzrə birbaşa uçuşlar aprelin 25-dən etibarən həftədə 4 dəfəyə kimi artırılacaq və bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək. 

Eləcə də bax: Gəncə-Naxçıvan reysi üzrə bilet bahalaşıb - YENİ QƏRAR

Bundan əlavə, mayın 15-dən etibarən Gəncə-Naxçıvan-Gəncə marşrutu üzrə birbaşa uçuşlar həftədə 4 dəfəyə kimi artırılacaq və bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək.

Xatırladaq ki, Bakı-Gəncə reysi üzrə aviabiletin qiyməti 30 manatdan 56 manata kimi (aviabiletin alınma vaxtından və reysdə yerlərin dolmasından asılı olaraq), Gəncədən Naxçıvana isə 60 manat məbləğində müəyyən olunmuşdur. 

Sözügedən marşrutlar üzrə reyslər komfortlu Embraer E-170/E-190 laynerləri ilə yerinə yetirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır