Türkiyədən Rusiya vətəndaşları üçün viza qərarı
20 APREL

Türkiyədən Rusiya vətəndaşları üçün viza qərarı

Türkiyə xidməti passortu olan Rusiya vətəndaşları üçün viza tətbiq etməyə başlayıb. Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Rusiyadakı səfirliyi məlumat yayıb. Qərara əsasən, bundan sonra Türkiyəyə gələn xidməti pasportlu ruslar viza almalı olacaq. Viza qərarı Rusiyanın Türkiyədəki bütün diplomatik təmsilçilərinə aid edilir. Amma onların ailə üzvlərindən əvvəlki qaydada Türkiyəyə gəlmək üçün viza tələb edilmir. Viza tətbiqi diplomatik və ümumvətəndaş pasportları olan rus vətəndaşlarına da aid edilmir. Yəni, sadə vətəndaşlar əvvəlki qaydada Türkiyəyə səyahət edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır